Page 208 - book-online
P. 208
ìÿä Àüàîüëó

BİZİM SEN-JÜST

Bu yaraşıqlı simanı ilk dәfә gördüyüm zaman
gözlәrimin önünә fransız inqilabının sehrli
üzünün – Sen-Jüstün1 rәsmlәri gәldi. O gündәn
sonra da onu düşündükcә, eyni rәsmlәri xatırlayıram.
Sen-Jüst vә o!
Bәli, bir-birlәrinә, hәqiqәtәn dә, bәnzәyirdilәr. İkisi
dә mәnsub olduqları millәtin inqilablarında rol oynadılar.
İkisi dә gәnc yaşlarında öldülәr. Birinin başını gilyotin
qopardı, o birininkini şahә qalxan ehtirasların ağırlığı
düşürdü. Fәqәt, tale Sen-Jüstü yalnız fransız inqilabının
deyil, dünya tarixinin yaddaqalan xatirәsinә çevirdi. Bi-
zimkini isә inqilabın dalğaları arasında bir az göstәrәndәn
sonra unudulmağa mәhkum etdi.
Onun birdәn-birә siyasәt sәhnәsinә atılmasını belә
anladırlar.

Qazi Mәrsin sәfәrindә olduğu zaman qarşısına
çıxan bir gәnc, hökumәt işlәri ilә bağlı görüşlәrini sәmimi
vә hәyәcanlı şәkildә, çәkinmәdәn ona söylәyir. Qazi özü
dә fәrqinә varmadan bu yaraşıqlı, zәrif insanın tәsiri
altında qalır. Onda bәzi mәziyyәtlәr görür. Kimliyi ilә
maraqlanır. Öyrәnir. Türk Ocaqlarına bağlı bir doktor-
muş. Adını dәftәrә yazır. Ankarada barәsindә daha
әtraflı mәlumat istәdiyi Ocaqların rәisi gәnc dostunu

1 Lui Antuan Sen-Jüst (1767-1794) – Böyük Fransa inqilabının siyasi və hərbi
xadimi. Milli Konventin ən gənc üzvü və ilk Fransa Respublikasının rəhbərlərindən
biri idi. 1794-cü ildə dostu Robespyerlə birlikdə gilyotində edam edilmişdi.

208
   203   204   205   206   207   208   209   210   211   212   213