Page 210 - book-online
P. 210
ìÿä Àüàîüëó
dilindәn eşidilmәsini istәyirdilәr. Yaxşı başa düşürdülәr
ki, mәnsәbә yüksәlәnlәrin hamısının keçdiyi yolu qәt
edәn, vәkalәt, mәclis, qrup rәhbәrliyi kürsülәrindә özünә
әzәmәtlә yer elәmәkdә olan bu yeni hәvәsli dә tez-gec
onlardan "milli vәzifә" dilәyәcәk. Gәnc doktor Mәclisin
toplantısında o zaman yenicә başlayan Şәrq üsyanı1 ilә
bağlı hökumәtin üzәrinә kәskin hücuma keçib üsyanın
qan vә atәşlә yatırılmasını istәyәndә başda oturanlar bu
sözlәrin arxasındakı mәna vә hәdәfi dәrhal sezdilәr. O,
çıxışı ilә can atdığı ilk vәzifәnin ünvanını şәxsәn özü
nişan vermişdi.
Namizәdliyinin İstiqlal Mәhkәmәsi üzvlüyünә irәli
sürüldüyünü eşidәn dostlarından biri belә tәklifin necә
ağla gәldiyini rәislәrdәn soruşan zaman eşitdiyi cavab
bu oldu: "Nә edә bilәrdik, özü istәdi".
Mәsәlәnin bu tәrәfindәn hali olmayan digәr dostları
isә ona vәzifә tәklifini qәbul etmәmәyi mәslәhәt
görürdülәr: "Sәn hәkimsәn, yerin inqilabın öldürücü
qüvvәlәri arasında deyil, sağlamlaşdırıcı, yaşadıcı sәflә-
rindә olmalıdır", – deyirdilәr. Gәnc adam onlara yuxarı-
dan aşağı baxdı: "İndi nә deyirsiniz? İnqilabın müdafiә-
sindә bir vәzifә almayım?"
Sonra da çevrilib getdi.
Onu inqilabın yaşadıcı sәflәrindә yer almağa
sәslәyәnlәr sırasında atam da vardı. Eyni bağlarda –
Keçiörәndә yaşayırdıq. Əksәr axşamlar bizә gәlirdi. Bu
gecә toplantılarında İstiqlal Mәhkәmәsi üzvlüyünün
yaratdığı heybәtli qorxunu bir tәrәfә buraxır, bizimlә
ürәyinә yaxın insan kimi әdәbiyyatdan, tarixdәn,
1 Diyarbəkir və çevrəsində Seyx Səidin rəhbərliyi altında başlayan və əsasən
kürdlərin qatıldığı üsyan nəzərdə tutulur.
210