Page 213 - book-online
P. 213
Àòàìûí äîñòëàðû

deyil" – dedim. Qazi yerindәn sıçrayıb qalxdı, "Kim qan
istәyir? – deyә bağırdı. – Kim? Mәn hәr hansı şәxslә
bağlı heç kimә bir kәlmә dә söz demәmişәm. Vicdanınızın
sәsi, qәnaәtinizin әmri nә deyirsә, onu da edin".

Qayıtdım. Qazi ilә söhbәtimizi olduğu kimi doktora
danışdım".

Mәrhum Nәcib Əlinin bu hekayәti ilә yanaşı başqa
bir rәvayәt dә mövcuddur. Onu adını gizli saxlamaq
istәdiyim bir dostuma söylәyәn yenә dövrün İstiqlal
Mәhkәmәsinin üzvü olan vә indi Allah rәhmәtinә getmiş
Rizә millәt vәkili Əli bәydir1. Əli bәy deyirdi:

"Doktor Nazimin aqibәti barәsindә müzakirәyә
başladıq. Aramızda anlaşılmazlıq yarandı. Mәn, Nәcib
Əli, ..... edam qәrarının әleyhinә idik. Fikrimizi Qaziyә
çatdırdıq. Bizi yanına çağırdı. Dinlәdikdәn sonra haqqında
söhbәt gedәn şәxsin siyasәtbazlığı, qorxulu fikirlәri, yeni
qurulan bir rejimә qarşı cәbhә açacağı tәqdirdә yaranacaq
tәhlükәlәr haqqında uzun-uzadı danışdıqdan sonra
istәdiyimiz qәrarı qәbul etmәkdә bizә sәrbәstlik verdi.
Aradan illәr keçdi. Bir gün Mәşrutiyyәtin ilk dövrlәrindә
müәyyәn rolu olan bir şәxs mәnә dar ağacına göndәrilәn
i ihadçı nazirin o zaman Qaziyә şәxsәn nәlәr dediyini
danışdı. Hәmin nazir özü vә yoldaşlarının, ordunun әsla
siyasәtә qarışmamasını, İ ihad vә Tәrәqqi Cәmiyyәtinin
üzvü olan zabitlәrin sadәcә hәrbi xidmәtlә mәşğul
olmasını istәdiklәrini bildirmişdi. Sonra isә bu fikrin Se-
lanik Konqresindә Mustafa Kamal tәrәfindәn hәrarәtlә
müdafiә edilmәsi sayәsindә nәticәyә vara bildiklәrini,

1 Әli Zırh (1888-1951) – türk siyasətçisi, hüquqşünas. II, III, IX, VI, VII və VIII
TBMM-də Rizə, V TBMM-də Goruh millət vəkili. 1920-ci illərdə Ankara İstiqlal
Məhkəməsinin üzvü olmuşdu.

213
   208   209   210   211   212   213   214   215   216   217   218