Page 217 - book-online
P. 217
Àòàìûí äîñòëàðû

istiqamәtini dәyişmәk üçün dilә tutmaq, tәşviq etmәk
yolunu seçdi. Ocaqlara bağlı gәnclәri әsgәrlik prinsipinә
görә yetişdirmәyi, onlara silah vә sıra tәlimlәri keçmәyi,
yürüşlәrә çıxarmağı nәzәrdә tutan layihәlәr tәklif etdi.
Özü hәmin işlәrin başına keçәcәk, bu yolla türk gәncliyi
gәlәcәk milli mücadilәlәr, sәfәrlәr, savaşlar üçün tam
hazır vәziyyәtә gәtirilәcәkdi. Digәr yandan unudulan
adәt-әnәnәlәr, silah vә hәrblә bağlı xalq oyunları yenidәn
dirçәldilәcәkdi.

Ocaqların rәisi tәklif olunan bütün layihәlәri diqqәtlә
nәzәrdәn keçirdi, sonra isә nәzakәtlә rәdd etdi. Əgәr bu
variant qәbul olunmamışdısa, onda yeni yol tapmaq
mәcburiyyәtindә idi. Artıq işini başqa cür quracaqdı: bir
tәrәfdәn iqtidarın nüfuzlu şәxslәrini Ocaqların başçısı
üzәrinә qaldıracaq, o biri tәrәfdәn isә mümkün olduğu
tәqdirdә, qurumu hakim partiyanın nәzarәti altına keçirib
üzәrindә rәhbәrliyi bu yolla tәmin edәcәkdi.

Türk Ocaqlarının әsas binası tikilәn zaman atamın
Hәmdullah Sübhi Tanrıövәrlә bölüşdüyü bir mülahizә
Ocaqlar mәsәlәsindә özü dә qurum mәnsublarından
olan doktorun hansı hisslәrlә, hansı düşüncәlәrlә hәrәkәt
etdiyini açıb göstәrmәk baxımından kifayәtdir.

Ağaoğlu ilә Tanrıövәr, tikintisi başa çatmaqda olan
möhtәşәm binanı birlikdә gәzib baxırdılar. Atam böyük mәr-
mәr zalın pәncәrәsindәn Ankaranın çılpaq ovalıqlarına
dalğın-dalğın baxıb dostunun qolundan tutdu, “Hәmdul-
lah, – dedi, – binanın Türk Ocaqlarının әlindә qalmasına
imkan vermәyәcәklәr. Bu iqtidarın sahibi olan insanlar öz-
lәri İ ihad vә Tәrәqqi hökumәtinin köhnә, uçuq-sökük,
bәrbad görünüşlü vilayәt mәrkәzindә oturduqları hal-
da, sәnin, mәnim, Ocaq mәnsublarının bu gözәl, işıqlı,
әzәmәtli sarayda mәskәn salmağımıza әsla razı olmazlar.

217
   212   213   214   215   216   217   218   219   220   221   222