Page 220 - book-online
P. 220
ìÿä Àüàîüëó

ehtimalının dayandığını da söylәmәk mümkündür.
Sәrbәst Firqә qurulduğu zaman vilayәtlәrdәki әski Ocaq
üzvlәrinin әksәr qisminin dәrhal hәmin siyasi partiyaya
üz tutmaları bu narahatlığın yersiz olmadığını söylәmәyә
әsas verir.

Burada çox qısa davam edәn başqa bir macәraya da
toxunmaq istәyirәm.

Sәrbәst Firqә quruldu. İstiqlal Mәhkәmәsinin keçmiş
üzvünü, gәnc millәt vәkilini ilk idarә heyәtindә ümumi
katib mövqeyindә görәnlәr dәrhal bәzi mәnalar sezdilәr.
Qulaqdan-qulağa bir sürü dedi-qodular yayılırdı. Onunla
ayrı-ayrı iqtidar mәnsubları arasında baş verәn sәrt
münaqişәlәrdәn danışırdılar. Amma vur-tut bir neçә
gündәn sonra Sәrbәst Firqәdәn vә ümumi katiblikdәn
istefa verdiyini eşidәnlәr әvvәlcә xәbәrә şaşqınlıqla
yanaşdılar. Hadisәlәr inkişaf etdikcә, bu addımın hansı
amillәrin tәsiri altında atıldığı meydana çıxdı. Gözlәnil-
mәz istefa Sәrbәst Firqәnin hәlә doğularkәn ölümә
mәhkumluğunun ilk işarәti idi.

Dil çalışmaları, orijinal olmasına xüsusi sәy göstәrilәn
tarix tezislәri arasında keçәn intizarla dolu uzun
gözlәntidәn sonra bir gecә İstanbulun Dolmabaxça
sarayında, Atatürkün süfrәsi başında әski İstiqlal
Mәhkәmәsi üzvünün hәyatına tamamilә yeni rәng qatan
hadisә baş verdi. O, Atatürkün mәclisdәkilәrin birini
açıq vә comәrd şәkildә mükafatlandırmasına qarşı gözlә-
nilmәdәn üsyan etdi. Verilәn pulların mәmlәkәtin rifahı
naminә xәrclәnmәsini daha mәqsәdәuyğun saydığını
zahiri ehtiramla, lakin acı bir dillә hәr kәsin yanında
söylәdi. Atatürk ona, qalxıb süfrәdәn getmәsi ilә bağlı
xәbәrdarlıq edәndә isә “İçәrisindә oturduğumuz yer
millәtә mәxsus saraydır, heç yana getmәyәcәyәm” –

220
   215   216   217   218   219   220   221   222   223   224   225