Page 216 - book-online
P. 216
ìÿä Àüàîüëó

Xalq Partiyası – üzvü olduğu partiya onun türk gәncliyini
bu şәkildә tәşkilatlandırmasına imkan verәrmi?

Düşüncәlәrinin bu nöqtәsindә başını aşağı salır,
dodaqlarının altında "Heç bir zaman! Heç bir zaman!" –
deyә pıçıldayırdı.

Günlәrin birindә beynindә sanki şimşәk çaxdı. İndiyә
qәdәr ağlına gәlmәmişdi: ortada qocaman Türk Ocaqları
var! İqtidarın böyüklü-kiçikli bütün rәhbәrlәri onun
üzvlәri sırasındadır. Mәmlәkәtin dörd bir tәrәfindә yüz
minlәrlә insanı öz sıralarına almış nәhәng tәşkilatdır.
Ocaqların rәhbәrliyinә keçib hazır, mütәşәkkil qurumu
mәqsәdlәrinә çatmaq üçün bir vasitә kimi istәdiyi şәkildә
istifadә edә bilәrdi.

Əslindә hәlә tibb fakültәsinin gәnc tәlәbәsi kimi
Türk Ocaqlarına üzv yazıldığı gündәn bu xalq müәssisәlәri
ilә bağlı öz fikirlәri vardı. Fikirlәrini hәr zaman, hәr
yerdә müdafiә etmişdi. Onun tәsәvvürünә görә Ocaqlar
xalq kütlәsini çәtiri altına alan tәşkilat olmalı idi. Ocaqların
Ziya Göyalp kimi böyük mәnәvi rәhbәrlәri, qurumun
sәnәt vә mәnәviyyat mәrkәzlәri şәklindә çalışmasını,
türk millәtinin Qәrb mәdәniyyәtinә keçidinә önçülük
etmәsini istәyәnlәr buna qarşı çıxırdılar. Hәmin mәqamda,
nәhayәt, gәncliyindәn bәri düşüncәsinә hakim kәsilmiş
tezisi tәkrar dövriyyәyә buraxa bilәrdi. Göstәrilәn bütün
qayğı vә diqqәtә baxmayaraq, Ocaqlar indiyә qәdәr
ortalığa yaxşı bir nәticә qoymamışdılar. Uğursuzluğun
başlıca sәbәbi onların dövlәt vә hökumәt adamlarına
qarşı çıxmamaları ilә bağlı idi. Əgәr qurumun yerlәrdәki
bölmәlәri belә ideya zәminindә tәşkilatlansalar, hәqiqi
qüvvәyә çevrilә bilәrdilәr.

Türk Ocaqları faciәsinin birinci pәrdәsi belә başladı.
Əvvәlcә Ocaqların rәisini qurumun mahiyyәtini, fәaliyyәt

216
   211   212   213   214   215   216   217   218   219   220   221