Page 214 - book-online
P. 214
ìÿä Àüàîüëó

Türkiyәnin gәlәcәyi ilә bağlı bütün mәsәlәlәrdә Qaziyә
böyük ümidlәr bәslәdiklәrini söylәmişdi.

Mәn bu xatirәni Atatürkә anlatdığım zaman "Oğlum,
kaş ki, bunu mәnә vaxtında danışaydın. Elә olsaydı,
Nazimin dә taleyi dәyişә bilәrdi" – cavabını verdi.

Madam ki, inqilab tariximizin belә bir mәqamına
toxunduq, dar ağacına göndәrilәn әski i ihadçı nazirә
dair başqa bir xatirәni dә burada yazmaqda fayda
görürәm. Doğruluğuna qәtiyyәn inanmadığım hәmin
xatirә işdir-şayәddir, hәqiqәtdirsә, o zaman onun bizi
ilahi әdalәtin bir tәcәllisi ilә üz-üzә qoyduğunu söylәmәk
mümkündür.

Osmanlı xanәdanı mәnsublarından köçüb Londonda
yaşayan bir şәxs, gәnc elm adamlarımızdan birinә (Topqapı
muzeyinin keçmiş müdiri mәrhum Xaluq Şahsuvaroğlu –
müәllifin qeydi) belә hadisә nәql etmişdi:

“Atatürkә sui-qәsd tәşәbbüsündәn bir neçә ay öncә,
sonradan dar ağacından asılan hәmin i ihadçı nazir
Avropaya gәlib sonuncu xәlifә Əbdülmәcidlә1 görüş-
müşdü. Xәlifәyә yaxın zamanlarda Türkiyәdә bir hәrәkat
başlanacağını, Qazinin öldürülәcәyini, padşahlığın vә
Xilafәtin bәrpa edilәcәyini, onun özünün dә tәntәnәli
mәrasimlә mәmlәkәtә gәtirilib tәkrar tac vә taxtına
qovuşacağını xәbәr vermişdi.”

İstiqlal Mәhkәmәlәri dedi-qodular, qovğalar,
çәkişmәlәr nәticәsindә lәğv edildikdәn sonra işsiz qalan
Sen Jüst bir müddәt boş-avara dolaşdı. Qazinin yeni
hәrf inqilabı – latın әli asına keçidlә bağlı hәvalә etdiyi
vәzifә ona çox әhәmiyyәtsiz görünürdü. Eyni zamanda

1 Sultan Әbdülməcid (1868-1944) – Osmanlı imperatorluğunun sonuncu sultanı,
sonuncu xəlifə. Nominal hakimiyyət dövrü 1922-1924-cü illərə təsadüf edir.

214
   209   210   211   212   213   214   215   216   217   218   219