Page 212 - book-online
P. 212
ìÿä Àüàîüëó

nәticәsindә tarix sәhifәlәrinә әzazil kimi düşmәsi qәzavü-
qәdәr tәrәfindәn әvvәldәn yazılan bir insanın lehinә
şәhadәt kimi sәslәnә bilәcәyindәn mәnim nәzәrimdә bu
qәdәr qiymәtli vә әhәmiyyәtlidir.

Atam ölәndәn sonra çap etdirdiyim "Atamdan
xatirәlәr" adlı kitabımda belә bir parça yer almışdı:

"Atamın, biri-birinin ardınca sәfalәt vә siyasәt
girdabında heçliyә qovuşan günlәrini xilas etmәk üçün
fransız inqilabının gәnc, hәris Sen Jüstünә bәnzәyәn bir
adamın qarşısında dayanıb saatlarla danışdığını gördüm.
Sen Jüstün çöhrәsi daş mәbud üzü kimi hәrәkәtsiz idi.
Çünki Tanrılar öz qәrarlarını öncәdәn vә pozulmamaq
şәrti ilә verirlәr".

Bu sәtirlәri oxuyan Nәcib Əli, doktorun adını çәkib
"Haqqında bәhs etmәk istәdiyiniz şәxs, şübhәsiz, odur.
Fәqәt mәn sizә doktor Nazim bәy vә yoldaşları barәsindә
çıxarılan qәrarın hәqiqi mahiyyәtini izah edәcәyәm. O
zaman atanızın hәmsöhbәti ilә bağlı zәnninizin tamamilә
yanlış olacağına inanacaqsınız" – dedikdәn sonra söhbәtinә
belә davam etdi:

"Doktor heç zaman Nazim bәyin edama göndәrilmәsi
fikrindә olmadı. O da, mәn dә belә hökmә qarşı kәskin
müqavimәt göstәrirdik. Mәhkәmә üzvlәrindәn bir nәfәr
gecәyarısı yanıma gәldi, ölüm hökmünün әleyhinә
çıxmağımızdan danışıb ikimizi dә tәhdid etdikdәn sonra
bәzi eyhamlar da vurdu. Ertәsi gün sәhәr doktorla
görüşüb dünәnki ziyarәtçinin sözlәrini çatdırdım. Qazinin
yanına gedib hәr şeyi açıq danışmaq qәrarına gәldik.
Lakin vәdәlәşdiyimiz vaxtda o gәlmәdi. Tәk getmәli
oldum. Bizә vurulan eyhamları göz önünә alıb Qaziyә
"Başdan-başa tәrtәmiz sәhifәlәrlә dolu şanlı tariximizin
bir sәtrinin belә qan rәngindә olmasına könlümüz razı

212
   207   208   209   210   211   212   213   214   215   216   217