Page 211 - book-online
P. 211
Àòàìûí äîñòëàðû

fәlsәfәdәn, sәnәtdәn danışırdı. O zaman liseyin son
sinfindә oxuyurdum. Bir gün xәstәlәndim, ağzımdan
qan gәldi. Çağırılan doktorlar çeşidli sәbәblәr axtarıb
tapdılar. Ölüm tәhlükәsi altında olduğumu dedilәr.
Amma atamın dostu ölüm tәhlükәsi ilә bağlı iddianı
qәbul etmәdi. "Uşağı mәnim öhdәmә buraxın, Əhmәd
bәy, – dedi. – Onu sağaldacağam". Günlәrlә evimizә
gәlib-getdi. Mәnә söhbәtlәri, davranışı, hekayәlәri ilә
durmadan hәyat eşqi vә canlılıq aşıladı. Görәsәn, bu
şәfqәtli münasibәtindә özünün dә gәnclik illәrindә
mübtәla olduğu vәrәm xәstәliyinin bәlli bir tәsiri vardımı?
Bәlkә dә! Fәqәt nә olursa-olsun, indi bu sәtirlәri yazdığım
zaman xәstәlik günlәrimi düşünürәm. Eyni insanın, biri
digәrinin yüzdә yüz әksi olan iki şәxsiyyәti daxilindә
bir yerdә necә yaşada bildiyini öz-özümdәn heyrәtlә
soruşuram. Gözümün önündә gәnc doktorun İstiqlal
Mәhkәmәsindә dimdik duruşu, mәğrur baxışı, әzәmәtli
әdaları canlanır. Sonra bir axşamüstünü xatırlayıram.
Anam qarşısında dayanıb. Sәsinin mümkün qәdәr titrәk,
tәsirli çıxmasına çalışaraq, ondan İstiqlal Mәhkәmәsindә
işlәrinә baxılan bәzi insanlara mәrhәmәt göstәrilmәsini
xahiş edir. Gәnc adam susur, batan günәşin sarı, lacivәrd,
qırmızı rәnglәrlә bәzәdiyi Alma dağa baxır.

Burada onunla birlikdә İstiqlal Mәhkәmәsindә
prokuror kimi çalışmış mәrhum Nәcib Əlinin1 ölümündәn
bir neçә ay әvvәl mәnә danışdıqlarından bәzi şeylәri
yazmaq istәyirәm. Nә dәrәcәdә doğru olub-olmadığını
bilmirәm. Yalnız bunlar mәnhus bir talenin qurğusu

1 Nəcib Әli (1892-1941) – türk siyasətçisi və hüquqşünas. Ankara İstiqlal
Məhkəməsində prokuror, məhkəmə heyətinin üzvü kimi vəzifələr tutmuşdu.

211
   206   207   208   209   210   211   212   213   214   215   216