Page 215 - book-online
P. 215
Àòàìûí äîñòëàðû

türk tarixini yeni vә qәribә tәrzdә tәdqiq tapşırığını son
dәrәcә ciddi qarşılamışdı. Bu sahәdә mütәxәssis kimi
tanınan, tәdqiqatları geniş miqyasda yayılan alimlәr
onun gәldiyi nәticәlәr qarşısında heyrәtlәrini gizlәdә
bilmirdilәr.

Amma bir mәsәlә var ki, ciddi şәkildә maraqlandığı
bütün bu işlәr doktoru mәmnun etmәkdәn çox uzaq idi.
Mövzuların gәrәkliliyindәn vә әhәmiyyәt dәrәcәsindәn
asılı olmayaraq sadәcә bir müşavir statusunda qalmaq
xoşuna gәlmirdi. Harada olsa, baş olmalı idi! Hәr hansı
bir yerә mütlәq tam sәlahiyyәt sahibi kimi hökm etmәli,
әmr vermәli idi! Əmrlәri, tabeliyindәki işçilәr tәrәfindәn
sözsüz yerinә yetirilmәli idi. Bәzәn nәyә görә hәrbçi
olmadığını öz-özündәn soruşurdu. Türkiyәdә hәr şey
hәrbçilәrin әlindәdir. Siyasәt dә, idarәçilik dә onların
sәrәncamındadır. Belә düşündüyü vaxtlarda bәzәn
Əsgәri-Tibbiyyә yerinә Mәktәbi-Hәrbiyyәyә yazılmadı-
ğına görә әsәbilәşir, "İndi hәr şey tamamilә başqa şәkil-
dә olardı" – deyә dayanmadan fikir çәkib içini yeyirdi.

Bu tәәssüflәr, peşmanlıqlar arasında yavaş-yavaş or-
taya bir fikir çıxdı: hәrbçilik daha çox zehniyyәt, hәyat
düşüncәsidir. Hәrbçi olmadığı halda da әsgәri zehniyyәt
onu istәdiyi yerә, şәrәflә xidmәt edәcәyi istәdiyi mәqama
yüksәldә bilәr. Mәsәlәn, götür Mussolinini, götür Hitleri!
Biri kәnd müәllimi, o biri divara rәsm çәkәn adi rәngsaz
deyildimi? Bu gün Mussolini qәdim tarixә malik böyük
bir millәtin lideridir. Digәri, dünyanın, bәlkә dә, әn
böyük millәtinin idarәçiliyini әlә almaq üzrәdir. Onlar
mәqsәdlәrinә gәnclik kütlәsini mütәşәkkil qüvvәyә
çevirmәk yolu ilә çatıblar.

Fәqәt Türkiyәdә yeganә siyasi qüvvә kimi mәmlәkәt
hәyatına mütlәq, qeyd-şәrtsiz hökm edәn Cümhuriyyәt

215
   210   211   212   213   214   215   216   217   218   219   220