Page 218 - book-online
P. 218
ìÿä Àüàîüëó

Görәcәksәn, lap yaxın zamanlarda binanı әlimizdәn ala-
caqlar”.

Aradan çox keçmәdi, yenә bir gün Şәrq salonunun
tavan şüşәlәrini işlәyәn, özü dә Ocaq üzvlәrindәn olan
memar, üzәrindә oturduğu yüksәk taxtabәnddәn binanı
gәzәn mәrhum Rәcәb Pekәr ilә yanındakı şәxsin söhbәtini
eşitmişdi. Rәcәb bәy yoldaşına “Bu salon baş katibin
otağı olar, yanındakını isә idarә heyәti üçün tәxsis edәrik” –
demiş, sonra da binadan partiya qәrargahı kimi istifadәsi
ilә bağlı planlarını açıqlamışdı.

Ocaqların başçısı fikir bağları zorla qoparılan, siyasi
fırtınalar nәticәsindә iqtidar sahiblәrinin gözündәn
düşmәyә başlayan tәşkilatının üzvlәrini yenә bir arada
saxlaya bilmәk üçün müxtәlif tәdbirlәr düşünüb hәyata
keçirirdi. Hәmin әrәfәdә Ocaqda göstәrilәn xidmәtlәrin
bәzilәrinin pullu olması tәklifi irәli sürülmüşdü. Nәinki
açıq mәtnlә deyilmәsinә, hә a ağla gәtirilmәsinә lüzum
olmayan bu tәklif binanı әlә keçirmәk istәyәn möhtәrislәrә
әla imkan verdi. Ocaq rәisinә qarşı geniş cәbhә açıldı.

İndi gözlәrim önündә Ocaqların ümumi konqresindә
cәrәyan edәn aşağıdakı sәhnә canlanır.

Ankara Hüquq fakültәsinin tәlәbәsi idim. Konqresi
dinlәmәyә getmişdim. Ocaqların başçısı nümayәndәlәrin
bir qismi tәrәfindәn qaldırılan mәsәlәlәrә aydınlıq
gәtirmәk üçün kürsüdәdir. Tәhәr-tövrü әsәbi, kәlmәlәri
sәrt, i ihamları qorxuncdur. Fәqәt hәr şeyi açıq danışır:
“Bu şәxs Ocaqları şәxsi ehtiraslarına alәt etmәk
niyyәtindәdir. Bu şәxs Ocaqları siyasәt yuvasına çevirmәk
sevdasına düşüb. Bu şәxs türk gәncliyini Ocaqların
içәrisindә silahlandırmaq, Ocaqlar vasitәsi ilә mәmlәkәtdә
“qaraköynәklilәr” ordusu1 yaratmaq iddiasındadır”.

1 İtalyan faşistlərinin lideri Benito Mussolininin (1883-1945) hakimiyyəti illərində
bu ölkədə mövcud olan qeyri-nizami hərbi birliklərin üzvləri nəzərdə tutulur.

218
   213   214   215   216   217   218   219   220   221   222   223