Page 222 - book-online
P. 222
ìÿä Àüàîüëó

Bu gecәnin üstündәn qısa bir zaman keçdi. İstanbul
Darülfünununda islahat aparmaq fikri ortaya çıxdı.
Atatürk o sırada Milli Tәhsil vәkili olan şәxsin1 belә bir
mühüm işin öhdәsindәn gәlәcәyinә әmin deyildi. Bir
axşam vәkilә “Xocam, siz artıq yoruldunuz, elә deyilmi? –
sualı ilә müraciәt etdi. Dәrhal rәngi saralmağa başlayan
vәkilin cavabını gözlәmәdәn “Bәs yerinizә kimi mәslәhәt
görürsünüz? – deyә soruşdu vә sualına özü dә cavab
verdi: “Hәr halda ..... bәyi!”

Sen Jüst öz adını eşidәrkәn rәngi qıpqırmızı qızardı.
Atatürk isә heç nә olmamış kimi, sözünә davam edirdi:

“Bәli, bәli, onu mәslәhәt görmüsünüz. Belә düzgün
qәrar verdiyiniz üçün sizi tәbrik edirәm”.

Əski Ocaq üzvü olan doktor indi maarif vәkilidir.
Üzәrinә Osmanlı Darülfünununu bütün zehniyyәti,
düşüncәlәri, әnәnәlәri ilә yıxmaq, yerinә Türkiyә
Cümhuriyyәtinin Universitetini yeni zehniyyәt, düşüncә
vә әnәnәlәrlә qurmaq kimi böyük vәzifә qoyulub. Bu
Atatürk inqilablarının şәkildәn ruha, mahiyyәtә doğru
irәlilәmәsi hәrәkatıdır. Böyük vәzifәnin icrasını doktora
hәvalә edәnlәr bilәrәkdәn, yaxud bilmәyәrәkdәn onun
qarşısında möhtәşәm gәlәcәyin qapısını açmışdılar. O,
hәmin qapıdan uğurla keçib Türkiyәnin, Vәtәnin
sabahında şanla, şәrәflә parlayacaqdı!

Doktoru bu xülyalar, hәyәcanlar, hәvәslәr içindә çalış-
dığı günlәrdә onunla görüşdüyüm bir günü xatırlayıram.

Strasburqdakı tәhsilimlә bağlı ortaya çıxan mәsәlә
ilә әlaqәdar yanına getmişdim. Mәni gülәrüzlә qarşıladı.
“Hәlә dә tәhsil? Qorx ki, axırda adını “etüdiyen kronik”
(әbәdi tәlәbә) qoyalar” – deyә zarafat elәdikdәn sonra:

1 Hadisələrin cərəyan etdiyi dövrdə Türkiyənin maarif naziri Esat Saqay (1874-
1938) olmuşdu.

222
   217   218   219   220   221   222   223   224   225   226   227