Page 226 - book-online
P. 226
ìÿä Àüàîüëó
Bir gün günortaüstü Kalamışda1 uşaqları ilә birlikdә
gәzintiyә çıxdığı qayıq çevrildi. Dalğalar balaca qızlarını
dәnizin dәrinliklәrinә doğru çәkirdi. Özünü sulara atdı.
Uzun çarpışmadan sonra uşaqlarını xilas edә bildi. Fәqәt
çox yorulmuşdu, halsız vәziyyәtdә evә döndülәr.
Aradan günlәr keçdi. Bir sәhәr "Cümhuriyyәt"2
qәzetinin birinci sәhifәsinin lap aşağısında kiçik sütunun
içәrisindә “Acı bir ziya” başlıqlı yazı vә rәsm gördüm.
Rәsm Sen Jüstü ölüm yatağında göstәrirdi. Altında isә
bir neçә sәtirlә sәtәlcәmdәn vәfat etdiyi xәbәr verilirdi.
Mәni ölüm tәhlükәsi keçirdiyim günlәrdә sözlәri
hekayәlәri, tәlqinlәri ilә yenidәn hәyata qovuşdurmağa
çalışan adam hәlә otuz yeddi yaşı tamam olmamış
boşluqların girdabına yuvarlanmışdı. Ölüm yatağındakı
rәsmi ona çox yaraşırdı. Gerçәkdәn içimdә bir acı duyub
atamın otağına girdim, qәzeti ona uzatdım:
“...... ölüb, ata!”
Atam qәzeti almadan donuq nәzәrlәrlә gözlәrimin
içinә baxdı, dodağında acı tәbәssümlә “Zatәn, çoxdan
ölmüşdü” – deyib çiyinlәrini çәkdi.
1 İstanbulun Anadolu sahilində Kadıköy ilçəsinə bağlı kənd
2 “Cümhuriyyət” – 1924-cü ildən Türkiyədə nəşr olunan gündəlik qəzet
226