Page 230 - book-online
P. 230
ìÿä Àüàîüëó

qanlı vuruşmalardan sonra isә Batum vә Ahısqanı da
yeni qurulan dövlәtin tәrkibinә qatmağa müvәffәq oldu.

1919-cu ildә ingilis әsgәrlәri Batum vә Qarsa daxil
oldular. İxtiyarındakı azsaylı qüvvәlәrlә onlara qarşı
çıxa bilmәyәcәyini anlayan hökumәt başçısının kәdәrli
gerçәklik qarşısındakı yeganә tәsәllisi yüz minlәrlә türk
vә müsәlmanı ermәni qırğınından xilas etmәsi idi. Heç
olmazsa, әn azı indi bu xalq mәdәni millәtin tabeçiliyinә
keçirdi.

İngilislәr Türkiyәdә müqavimәt hәrәkatı tәşkil edә
bilәcәk üzdә olan nә qәdәr şәxs varsa, hamısını toplayıb
Maltaya vә ya başqa bir yerә aparacaqdılar. Mәqsәdlәrinә
çatmaq üçün әllәrinә düşәni yaxalayırdılar. Qısa müddәtdә
yeni dövlәtin tәmәlini qoymuş tanınmış bir adamı da,
tәbii ki, sәrbәst buraxmayacaqdılar. Belә dә oldu. Qardaşı
ilә Malta sürgününә göndәrildi. Orada gecә-gündüz
atamla birlikdә ömrünün iki ilini yaşadı. Hәbsxananın
soyuq, daş hücrәlәrindә dostluq, vәfa, alicәnablıq kimi
mәziyyәtlәrin sınağa çәkildiyi acı vә dadlı xatirәlәrlә
dolu iki il!

Əsarәtdәn qurtarandan sonra hәr dәfә atamla
qarşılaşdıqları zaman bu xatirәlәrdәn uzun-uzadı söz
açırdılar. Gah qocaman bir imperatorluğun taleyini hәll
edәn bәzi siyasәt vә hakimiyyәt adamlarının bu dәrәcәdә
miskin, mәnәviyyatsız bir heçlik olmalarından duyduqları
heyrәti, gah yaşadıqları hәyatın әcaib vә gülünc cәhәtlәrini
yada salırdılar. Bәzәn dә yenә mәhrumiyyәt illәrindә
fәzilәtlәrinә şahid olduqları insanların üzәrlәrindә
buraxdıqları tәsiri heyranlıqla dilә gәtirirdilәr.

Maltadan birbaşa Qarsa gәldi vә burada 1922-ci ildә
bәlәdiyyә rәisi oldu. Qazi onu ilk dәfә gördüyü andan
sevdi. Hәyat macәralarına yaxından bәlәdliyi vardı.

230
   225   226   227   228   229   230   231   232   233   234   235