Page 235 - book-online
P. 235
Àòàìûí äîñòëàðû

bәtlәşdiyi zaman mәn dә rәng-rәng, çeşid-çeşid kubiklәrlә
oynayıram. Birdәn qapı açılır, içәri girәn gәnc adam
anamla salamlaşandan sonra önümdә durub dodaqla-
rındakı dadlı tәbәssümlә "Sәmәd, Sәmәd, mәn dә sәnin
yaşda bu kubiklәrlә oynadım. Amma birini dә itirmәdim.
Bax, әgәr itirsәn, qulağını çәkәrәm" – deyir.

Başımı qaldırıb baxıram. Bir az uzunsov bәyaz üzü,
qumral saçları, ucları aşağıya enәn qalın qaşları, açıq-
yaşıla çalan gözlәri var. Yanaqları, hә a dodaqları da
ağımtıldır. Çox da hündür olmayan boyu, zәif vücudu
ilә nә qәdәr gәnc görünür! Halbuki, bildiyim qәdәr, ata-
mın әn yaxın dostlarından biridir. Amma buna baxma-
yaraq elә gәncdir ki, hә a ondan qorxub-çәkinmәk dә
ağlıma gәlmir. Yanında rahatca oynaya bilirәm.

Atamın bu dostunu, aradan neçә il keçәndәn sonra
tarix kitablarından birindә rәsmlәrini görәcәyim çox
mәşhur Osmanlı sәdrәzәminә bәnzәyәn anasını1, bacı-
larımla rәfiqәlik elәyәn bәyazüzlü, incәsәsli bacısını çox
istәyirәm. Bağçanın bir yanında, divarın üstündә dayanıb
dәnizә baxmaq xoşuma gәlir. Biri qara, o birisi ağ, sıx
tüklü, parlaq vә irigözlü iki pişiklәri vardı. Biz süfrәyә
oturduğumuz zaman onlar da masanın hәr iki başına
qoyulmuş geniş, yastı güldanlara bәnzәyәn yerlәrinә sә-
rilib yatırlar. Bir dә evin bütün sakinlәrini tanıyan vә
bәlli saatlarda haradansa torpaq altından çıxan, bağçadakı
çeşmәnin yanında özünü günә verәn çox qoca bir tıs-
bağalarının olduğunu xatırlayıram.

Bәli, bu evin insanlarını, pişiklәrini, tısbağasını,
rәngbәrәng kubiklәrini, hasarını vә dәnizini sevirdim.

1 Haqqında söhbət gedən şəxsin ana babası 1656-1661-ci illərdə Osmanlı
dövlətinin sədrəzəmi olmuş Köprülü Mehmet Paşa (1578-1661) idi.

235
   230   231   232   233   234   235   236   237   238   239   240