Page 237 - book-online
P. 237
Àòàìûí äîñòëàðû

beş yaşında universitet kürsüsü nәrdivanlarını dır-
maşarkәn necә idisә, otuz beş il sonra tәkpartiyalı sistemә
son qoyan yeni partiyanın qurucuları sırasında yer
alarkәn dә, demәk olar ki, eyni idi, dәyişmәmişdi. Kiçik,
uzunsov bәyaz üzündә parıldayan açıq-yaşıl gözlәri,
sivri çәnәsi, ucları aşağı enmiş qaşları ilә susqun vәziyyәtdә
dayananda heç bir mәna ifadә etmәyәn bu simanın
sahibi danışmağa başlar-başlamaz heyrәtamiz, hәm dә
yetәrincә saxta bir sәmimiyyәt rüzgarı ortalığı sarırdı.
Mövzu nә olursa-olsun, elm, siyasәt vә zarafatlar, hәr
zaman bu rüzgarın, havanın içәrisindә öz yerini tuturdu.
Görünüşü ruhunu sarmaşıq kimi sarmış qürur vә
mәğrurluqların biri-birinә qarışmasından doğurdu.
Qürurlu idi, çünki anasının şәcәrәsi, nәsil ağacı böyük
bir Osmanlı vәzirinә gedib çıxırdı. Bu şәcәrә, bәzilәrinin
uydurma kimi qәlәmә vermәlәrinә baxmayaraq, yәqin
ki, bәlli gerçәyә dayanırdı. Hәqiqi bir nüfuzla evinә,
әrinә, oğluna hәr zaman hakim olan ananın üzü o vәzirin
tarix kitablarının sәhifәlәrinә köçәn, muzeylәrin
divarlarından asılan rәsmlәrinin üzünü ilk baxışdan
xatırladırdı. Sonra tarix elminin bir istiqamәtindә tanınması
ölkә hüdudlarını aşmış, dünyanın bir sıra universitetlәrinin
fәxri doktoru olmuş, kitabları şәrqdә vә qәrbdә mәşhurluq
qazanan alimlәr sırasına girmişdi.

Öyünmәsinә dә әsas vardı. Çox gәnc çağında özündәn
on-on beş yaş böyük siyasәt, fikir, elm adamlarının
cәrgәsinә qarışmışdı. Hәr dövrün iqtidar sahiblәri bu
"xariqә çocuğu" heyranlıqla qanadlarının altına almışdılar,
süfrәlәrindә oturtmuş, mәclislәrindә iştirakına imkan
yaratmışdılar. Amma bununla belә, heç vaxt özünә
vurğun adam kimi görünmәk istәmirdi. Bu niyyәtini,
üstünә bir qәdәr dә hәr kәsә yaxınlıq, mәhrәmlik hissi

237
   232   233   234   235   236   237   238   239   240   241   242