Page 238 - book-online
P. 238
ìÿä Àüàîüëó

әlavә etmәklә aradan qaldırmağa çalışarkәn, әslindә
hәyatda olduğundan daha sәmimi insan halını alırdı.

İ ihad vә Tәrәqqi illәrinin әn gәnc fikir adamı idi.
Dövrün Tәlәt Paşadan tutmuş Doktor Nazimә qәdәr
böyük siyasi simaları ona mәmlәkәtin hörmәtәlayiq
insanlarından biri kimi qucaq açırdılar. Dövrün mürşüdü
Göyalpın ağuşundan enmәdi. Taleyi imperatorluğun bu
son idarәçilәrinә o qәdәr bağlı görünürdü ki, Birinci
Dünya müharibәsinin bir çox fәlakәt sorumluları ilә
birlikdә onun da tutulmasını, hәbsә atılmasını, Maltaya
sürgün edilmәsini gözlәyirdilәr. Bunu gözlәyәnlәr Bәkir
ağa bölüyündә ikihәftәlik müsafir saxlanandan sonra
sәrbәst buraxılmasının sәbәblәrini axtarmağa macal tap-
mamış, dünәn sevgili ağabәylәri adlandırdığı i ihadçılar
haqqında orada-burada söylәdiyi sәrt sözlәri eşitdilәr.
Bir az sonra da universitetdә saxlandığını, Rza Tevfiq,
Cәnab Şәhabәddin1 kimi i ihadçıların düşmәni sayılan
professorlarla canbir qәlb olduğunu görüb heyrәtlә
içlәrini çәkdilәr.

Mütarikә illәrindә İstanbulun mavi göylәrini örtәn
matәm buludlarına soyuqqanlılıqla baxdı. Dilini, ifadә
tәrzini dәrhal o günlәrin siyasi ifadә üslubuna uyğun-
laşdırdı. O da sevmәdiklәrindәn "xiyarlar, balqabaqlar,
alaq otları, eşşәkqanqalları" – deyәrәk bәhs edirdi.
Yazılarında әn ağır küfrlәri, әn açıq-saçıq eyhamları
çoxlarının daha mәqbul saydıqları İstanbul arqosu ilә
kәkәlәmәdәn birbaşa yazırdı. Bu şәkildә danışmağa vә
yazmağa o qәdәr ustalıqla yiyәlәnmişdi ki, artıq hәr kәs
onun bir daha tutduğu yoldan çәkinmәyәcәyi qәnaәtindә

1 Cənab Şəhabəddin (1870-1934) – türk həkimi, yazıçı və ictimai xadim. “Sərvəti-
fünun” məcmuəsi ətrafında toplaşan “yeni ədəbiyyatın” parlaq nümayəndələrindən
biri

238
   233   234   235   236   237   238   239   240   241   242   243