Page 239 - book-online
P. 239
Àòàìûí äîñòëàðû
idi. O illәrdәki özünüifadә tәrzi ilә, yәqin ki, Türkiyәnin
ilk dil ekzistensialistlәrindәn biri sayıla bilәrdi.
O qaranlıq dövrdә insanların yaddaşında buraxdığı
xatirәlәr arasında unudulması çox çәtin olanlar da var.
İstanbul Darülfünununun tәlәbәlәri Milli Mücadilәnin
әleyhinә çıxan professorlara etirazlarını bildirmәk üçün
hamılıqla ayağa qalxdıqları zaman qarşılarında yarıhәdә
vә tәhdid, yarıöyüd vә nәsihәtlә dayananlardan biri dә
bu uşaq üzlü adam olmuşdu...
Anadolu zәfәr qazandı. Yeni dövlәtin qurucuları
mәmlәkәtin bütün dәyәrlәrindәn faydalanmağı göz
önünә alıb, bir çoxlarının qüsurlarını görmәzliyә vurmaq
yolunu tutdular. Bu dәfә dә o, hamıdan әvvәl Ankaranın
şapkalı, uzunboğaz çәkmәli idarәçilәrinin yanında idi.
Hәm dә özünün yaşı hәlә otuzdan az olan bir nazirin
müşaviri sifәtindә!
Fәqәt, Ankaranın nә havası, nә dә insanları İstanbula
uyğundur. Orada üfüqlәr şimşәklidir. Üzlәr, baxışlar,
sәslәr dә zaman-zaman insanı vahimәyә salacaq dәrәcәdә
sәrt vә hikkәlidir. Damarlarında axan qandan vәzir baba-
sının "İndi diqqәtli ol, çәkil bir kәnarda gözlә!" pıçıltısını
eşidir. Yaxınlaşan inqilabların (Atatürkün hәyata keçirdiyi
mәdәni inqilablar nәzәrdә tutulur – V.Q.) fırtınası başla-
madan İstanbulun min bir rәngә çalan sakit, sәssiz dәniz
sahillәrindә, kitabları, açıq-saçıq danışmaqdan xoşlanan
dostları, hәrәsini bir yöndәn sevdiyi qız, oğlan tәlәbәlәri
arasında daha bir müddәt qalıb gözlәmәyi qәrara alır.
Qaçmaq üçün axtardığı fürsәtlәr dә üzә çıxmaqda
lәngimir. Mәrmәrәyә baxan qalaça kimi evindә, zәngin
kitabxanasının bihuşedici sәrinliyindә günlәrini keçirir.
Ankara hәdәf aldığı inqilabları üsyanlar, İstiqlal
mәhkәmәlәri, dar ağacları arasında, nәhayәt ki, başa çat-
239