Page 244 - book-online
P. 244
ìÿä Àüàîüëó

ƏZAB QAPISI

Hafizәmdә atamın kişi dostları arasında yer
tapmış üzü şәfәq rәngli bir qadın canlanır.
O illәrdә dә bu üz belәcә bәyaz idimi görәsәn?
Yoxsa saçlarının üstündәn bәrk-bәrk bağlanmış qara
yaylığı onu belә göstәrirdi? Atamın kitabxanasından tez-
tez götürüb baxdığım "İlahi komediya"nın rәsmli nәş-
rindәki qara tuşla çәkilmiş Beatriçeyә1 nә qәdәr bәnzәyirdi!
Sonra bu üzә tam uyğun, sinәsinin dәrinliklәrindәn
qopub gәlәn incә, amma canlı, kәlmәlәri bir-bir söylәyәn
tәsirli sәs!
Uşaqlığımın uzaq sahillәrindә buraxdığım dostlarım
var. Onlardan ikisi hәmin xanımın oğulları idi. Molla
Güranidәki evimizin bağçasında gizlәnqaç oynadığımız
günlәr, yarıqaranlıq odun anbarında nәfәsimizi içimizә
çәkib oturmağımız hәlә dә yadımdadır.
Amma, nә qәribәdir ki, özünü, uşaqlarını yaxşı
xatırladığım bu şәfәqüzlü qadının әri ilә bağlı o uzaq
illәrә qәdәr uzanan әn kiçik iz, әn kiçik bir cizgi dә yad-
daşıma hәkk olunmayıb. Yalnız aradan uzun illәr keçәndәn
sonra anlayacaqdım ki, әslindә әrini – uşaqlarının atasını
bir kişiyә çevirәn bu qadının sәnәtkar әllәri olmuşdu.
Anamın da rәfiqәsi sayılırdı. Lakin kişilәrin sırasına
anamdan da, atamın digәr dostlarından da çox qarışan
bu qadın idi! Belә sәrbәstliyi sәbәbsiz deyildi. Mәcmuә
vә qәzetlәrdә çıxan yazıları, biri-birinin ardınca işıq üzü

1 Beatriçe Portinari (1266-1290) – italyan İntibah şairi, Dantenin ilham pərisi və
gizli sevgilisi. Şairin əsərlərində platonik məhəbbət mövzusunun geniş yer
almasında təsiri böyük olmuşdu.

244
   239   240   241   242   243   244   245   246   247   248   249