Page 247 - book-online
P. 247
Àòàìûí äîñòëàðû
Mustafa Kamal özü ilә Milli Mücadilәnin digәr rәhbәrlәri
arasındakı mәsafәlәri çoxaltdıqca, yaxın silahdaşlarının
bir qismi asta-asta ondan kәnar gәzib-dolanırdılar.
Mustafa Kamal meydana çıxan soyuqluğu “İnqilab
silahdaşlarımın idrak sәrhәdlәrini aşdıqca, onlar mәndәn
ayrılırlar” – deyә izah edirdi. Amma әslindә hәr şey,
hәqiqәtәn, belә deyildi. Mәsәlәn, atamın qadın dostu
da, әri dә nә müxalifәtçi, nә dә sәltәnәt tәrәfdarı idilәr.
Onlar sadәcә dövlәt idarәçiliyindә xalqın istәk vә ira-
dәsinin nәzәrә alınması fikrinә sәmimi şәkildә dәstәk
verirdilәr. Hәr ikisini Tәrәqqipәrvәr Cümhuriyyәt Fir-
qәsinә gәtirәn әsas sәbәb dә, çox böyük ehtimalla bu
istәk sayıla bilәrdi. Yenә dә eyni sәbәbdәn Atatürklә
aralarında yaranan anlaşılmazlıq elә hәddә gәlib çatdı
ki, günlәrin birindә mәmlәkәti tәrk edib mühacirәtә yol-
landılar. Tam on beş il – Atatürk ölәnә qәdәr ölkә hü-
dudlarından kәnarda yaşadılar.
Uzun qürbәt yolçuluğundan döndüklәri zaman ikisi
dә universitet kafedralarında, yeni nәsillәrin tәmsilçilәri
ilә sıx әhatә olunmuş mövqedә idilәr. İkisini dә olduqca
dәyişik, yeni vә fәrqli fikirlәrin müjdәçisi saymaq olardı.
Bu fikirlәrdә ürәklәrinin әn dәrin qatlarına qәdәr enәn
incikliklәrinin müәyyәn әks-sәdası da yox deyildi. Maddi
sıxıntılarla, vәtәn hәsrәti ilә, mәmlәkәtdә arxalarınca
uydurulmuş müxtәlif dedi-qoduların acıları ilә müşayiәt
olunan uzun mühacirәt illәrinin ruhlarında yaratdığı
dәyişikliyi yazılarında, söz-söhbәtlәrindә, danışıqlarında
gizlәtmirdilәr. Doğrudur, gizlәtmirdilәr, amma universitet
tarlasında çox sonralar tәhlükәli şәkildә cücәrib boy atan
fikir anarxiyasının toxumlarını ilk dәfә, bәlkә dә, istәmәdәn
onların sәpdiklәrini düşünmәk üçün әldә әsas var.
247