Page 250 - book-online
P. 250
ìÿä Àüàîüëó
bir ruhla. Atamın bu xanım dostu ilә bir dә heç vaxt üz-
üzә gәlmәdim. Mәn hәbs olunub Yassıadaya1 aparılandan
sonra böyük bacım Tezәrlә2 tez-tez görüşürmüş. Hәr
dәfә mәni vә ümumilikdә mәhkumları soruşurmuş.
Ölümdәn qurtardığıma görә çox sevinirmiş. Bir ara ki-
tablarını, әlәlxüsus da son kitablarını Qayseri cәza evinә,
mәnә vә tale dostlarıma göndәrmәk üçün hazırlayırmış.
Lakin bu әrәfәdә sәhhәtindә problem yaranıbmış. Artıq
çox qocalmışdı. Bir az da hafizәsi pozulmuşdu. Bәzәn
hadisәlәri qarışdırır, durduğu yerdә söhbәtә dәxli olmayan
mәtlәblәrdәn söz açırmış. Amma sәnәt hәyәcanı, sәnәtkar
ruhu hәmişәki kimi canlı vә diri imiş. Son romanında
xәstәliyindәn duyduğu rahatsızlıq vә sıxıntılardan bәhs
edәcәkmiş. Adını da “Əzab qapısı” qoymaq niyyәtindә
imiş...

1 Mərmərə dənizində, İstanbula yaxın məsafədə yerləşən ada. Türkiyə dəniz
qüvvələrinə məxsusdur. 1960-cı il, 27 may hərbi çevrilişi nəticəsində hakimiy-
yətdən devrilən Demokrat Partiyasının liderləri burada saxlanmış və məhkəmə
prosesləri də eyni adada keçirilmişdi.
2 Tezər (Təzəxanım) Taşqıran (1907-1979) – türk pedaqoq, siyasətçi, yazıçı.
Әhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun bacısıdır. 1941-1953-cü illərdə Kas-
tamonu və Qarsdan Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdu. Məntiqə,
vətəndaş hüquqlarına və qadın haqlarına dair bir sıra əsərlərin müəllifidir.

250
   245   246   247   248   249   250   251   252   253   254   255