Page 251 - book-online
P. 251
Àòàìûí äîñòëàðû
SİYASİ HİSSƏ MÜDİRİ
Atamla birlikdә İstanbul polis müdirliyinin
dar, qaranlıq koridorunun sonundakı qapıdan
içәri girdiyimiz zaman bizi qarşılamaq üçün
ayağa qalxan adamı görüncә, tez bir addım geri çәkildiyimi
yaxşı xatırlayıram. Hәrbi muzeydә sıra ilә yan-yana
duran, başları dibdәn qırxılmış, bığlarının ucu aşağı
sallanmış, iri gözlәri bir az hiddәt, bir az da heyrәtlә
açılmış, yupyumru bәyaz sifәtlәrindә yanaqlarının
qırmızılığı aydın görünәn Yeniçәri1 heykәllәrindәn tam
eynisi qarşımda dayanmışdı. O gündәn sonra bu üzә
hәr yerdә әksilmәyәn maraqla baxdım. Çağaloğlu ha-
mamının yanındakı kiçik evlәrinin yarıqaranlıq otaq-
larında, Samsunda ermәni mәhәllәsinin gözәl, zәrif köşk-
lәrindәn birinin eyvanında, Ankarada Əmniyyәt baş
müdirliyinin böyük, süslü, tünd rәngli kabinetindә bu
sifәt dәyişmәdәn, yalnız bığları yavaş-yavaş kiçilәrәk әn
sonda yox olmaq şәrti ilә heç dәyişmәdi. Sanki onun
sәsi dә üzünün bir parçası idi. Ciyәrindәn gәlәn bir az
kobud, dadlı, fәqәt sәrt bir sәs. Boyu da bu sifәtә, bu
sәsә çox uyğun gәlirdi.
Atamın ailәliklә çox tez-tez görüşdüyü dostlarındandı.
Xanımı şişman, qarayanız, gözәl olmasa da, Orta Anadolu-
nun qalın, İstanbulun isә incә şivәlәrini dinlәyәnlәri yor-
madan bir-birinә qarışdıraraq danışan ürәyәyatımlı qadın
idi. Bir qızı, iki oğlu analarından daha çox atalarına oxşa-
yırdılar. Hәlә böyük oğlu elә bil lap atasının eyni idi.
1 Yeniçəri – 1365-1826-cı illərdə Osmanlı imperatorluğunda nizami piyada
hissələri. XVII əsrin sonlarına qədər bir qayda olaraq təəssübkeş müsəlman
ruhunda tərbiyə olunan və mükəmməl hərbi təlim görən xristianlardan təşkil
edilirdi.
251