Page 256 - book-online
P. 256
ìÿä Àüàîüëó

ayrı olduqlarına görә idi. Atasının çox övladı vardı. Az
qala qırxa yaxın oğul-qız. Amma bu qәlәbәliyin içindә
atamın dostuna bәnzәyәni, demәk olar ki, yox dәrәcәsindә
idi. Anası – balacaboylu, hәmişә tәlәsә-tәlәsә danışan,
yetmiş yaşına gәlib çatsa da, yenә gәnc vә utancaq qız
tәsiri bağışlayan ixtiyar qadın bir gün anama oğlunun
doğum macәrasını danışırdı. Mәni tez-tez güldürәn
çәrkәz şivәsi ilә söylәdiklәrini bir kәnarda oturub dinlә-
yirdim.

Qarnındakı körpәni dünyaya gәtirmәk istәmirmiş.
Sonda dәrman tapır. Bir gecә sәhәrә yaxın, dan yeri
ağararkәn pәncәrәni açıb Allaha yalvarır: "Bilirәm ki,
görәcәyim iş günahdır. Amma bu uşağı doğmaq istә-
mirәm. Keç günahımdan!"

Birdәn әllәri titrәmiş, dәrman şüşәsi yerә düşüb
qırılmışdı. "Allahın işarәti idi bu, – deyirdi. – Mәnә yeni
övladımı dünyaya gәtirmәk üçün belәcә әmr göndәrdi".

Atamın dostu hәmin hekayәni nәzmә çәkmişdi. Tez-
tez oxuyurdu. Yenә özünün dediyinә görә, atası bayram-
dan-bayrama uşaqlarını bir araya toplayar, bәzilәrinin
adını xatırlamasa da, üzlәrini dәqiq yadda saxladığını
nümayiş etdirәrәk hәdiyyәlәrini paylardı.

Xorxordakı1 böyük mülk bir faytonun keçәcәyi qәdәr
iri qapısı, geniş pillәkәnlәri, hәr mәrtәbәdә böyük
salonları, otaqları vә hәr tәrәfi ağzına qәdәr doldurmuş
müxtәlif әşyaları ilә mәnә nağıllardakı ucu-bucağı
görünmәyәn nәhәng sarayları xatırladırdı. Bu mülk ta
öldüyü günә qәdәr atamın dostunun şәxsiyyәtini
Tәnzimata bağlayan bir tarix parçası idi. Daha sonra,
Mütarikә illәrindә kirayәnişin kimi qaldığımız vә yenә

1 Xorxor (Horhor) – İstanbulun Fatih və Aksaray rayonları arasında tarixi məhəllə

256
   251   252   253   254   255   256   257   258   259   260   261