Page 258 - book-online
P. 258
ìÿä Àüàîüëó
Onunla bağlı xatirәlәrim Türk Ocağının salonları vә
sәhnәsi ilә birdәn-birә daha da canlı şәkil alır. Ocağın
mәrkәzi binası Bәyaziddә yerlәşirdi. Böyük bir bağ içindә
tikilmiş әski malikanә idi. İndi yerindә kinoteatr,
mağazalar, restoranlar var. Sәhnәnin üzü bağa açılırdı.
Bәzәn axşamlar atam anamı, xalamı, biz bacı-qardaşları
götürüb ora aparırdı. Üzlәri açıq xanımların kişilәrin
arasında oturub teatr seyr etdiklәri ilk yer, mühafizә-
karlıqla tәrәqqinin çarpışmasında ikincinin hәmişә zәfәr
qazandığı böyük sәhnә burada idi. Birinci Dünya
müharibәsi illәrindә Türk Ocaqları milliyyәtçilik fikri
qәdәr mәdәni hәrәkatın da sarsılmaz qalalarından birinә
çevrilmişdi. Əsgәri Tibb mәktәbinin tәlәbәlәri sırasından
bir neçә gәncin qurduqları bu Ocaqların başına Ziya
Göyalp, Yusif Akçura, Xalidә Ədib, atam kimi tanınmış
türkçülәrin tәşviqi ilә rәis seçilәn dostu bu qalaya
komandanlığı çox böyük cәsarәtlә hәyata keçirdi.
Türkçülüyün fikir ataları Ocaqların rәhbәrliyini görünüşü
parlaq zәkası, iti sözü-söhbәti cәlbedici bir insanın әlә
alacağı tәqdirdә onun milliyyәtçilik vә mәdәni tәrәqqi
ideyalarının yayılmasına gәtirәcәyi faydanı әvvәlcәdәn
düşünmüşdülәr. Seçdiklәri şәxs gümanları doğruldub
qısa zamanda Türk Ocaqlarının bayrağına çevrildi. Türk
qadını sәhnәyә ilk dәfә burada çıxdı. Türk qadını kişilәr
önündә әn ciddi söhbәtlәri, әn zәruri müzakirәlәri burada
apardı. Ocaqların fәaliyyәtinә münasibәtdә tәәssübkeşlik
vә xudbinliyin ilk әlamәtlәri baş qaldıranda qurumun
başçısı bir tәrәfindә dövrün fikir lideri Ziya Göyalp, o
biri tәrәfindә hәrbçi liderlәrdәn Camal Paşa1 cәsarәtlә
1 Әhməd Camal Paşa (1872-1922) – Osmanlı hərbçisi və siyasi xadim. İttihad və
Tərəqqi hərəkatının liderlərindən və İkinci Məşrutiyyət dönəmində imperiyaya
rəhbərlik edən və “Üç paşalar hakimiyyəti” adlanan Triumviratın üç üzvündən biri
258