Page 259 - book-online
P. 259
Àòàìûí äîñòëàðû

belә yanlış tәsәvvürlәrә sinә gәrdi. Milli tәhlükәsizliyin
tәmin olunması baxımından bәzi azlıqlara qarşı tәdbirlәrin
ifrata varmasına ilk etiraz sәslәri dә yenә Ocaqların
sәhnәsindәn yüksәldi.

Ocaqlar atamın dostu üçün türk mifologiyasının mә-
bәdlәrindәn biri halına gәlmişdi. Davalarını da, dualarını
da onun divarları arasında edirdi. Ailә yuvasını da elә
bu mәbәd-Ocaqda qurdu. Gәlәcәk xanımı hәlә 15 yaşında
ikәn Ocaqların sәhnәsindә şair Mehmet Eminin “Ey iy-
nәm, tik” şeirini, yanılmıramsa, Musa Sürәyyanın1 bәstәsi
ilә oxuduğu zaman onun qәlbinә yol tapmışdı.

Ankarada Keçiörәn Milli Mücadilәyә qatılan, Ziya
Göyalp, Əhmәd Ağaoğlu, Yusif Akçura, Hәsәn Fәrid
Cansevәr2 vә atamın bu dostu kimi idealist türkçülәrin
yan-yana yaşadıqları yer idi. Doğrudur, bu qonşuluq
sadәcә bir-iki il davam etmişdi. Amma hәmin dövr hә-
yatlarının әn mәsul dövrünün bir parçası idi. Ömürlәri
boyu ardınca qaçdıqları fikir artıq dövlәt siyasәtinә
çevrilmәkdә idi. Türk millәtçiliyi bir ölüm-dirim qov-
ğasından qalibiyyәtlә çıxmışdı. Qәrb mәdәniyyәtinә
doğru iri addımlarla irәlilәyirdi.

Ankaranın o zamankı liderlәrinin böyük әksәriyyәti
Cankayada mәskәn salmışdılar. Keçiörәndә Rәcәb Pekәr,
Kazım Özalp3, Topçu İhsan kimi yüzdәyüz siyasәtçilәrlә
Ziya Göyalp, Əhmәd Ağaoğlu, Yusif Akçura, atamın,
haqqında söz açdığım dostu kimi yarısiyasәtçi, yarıfikir
adamları toplaşmışdı. Atatürk Cankayaya daha böyük

1 Musa Sürəyya (1884-1932) – türk klassik musiqisinin tanınmış nümayəndəsi
2 Həsən Fərid Cansevər (1891-1969) – türk fikir adamı, həkim və yazıçı. Türk
Ocaqlarının qurucu üzvlərindən biri. 1944-cü ildə türkçülük baxışlarına görə
mühakimə olunmuşdu.
3 Kazım Fikri Özalp (1880-1964) – türk hərbçisi, siyasi xadim, Qurtuluş Savaşında
Atatürkün yaxın silahdaşlarından biri

259
   254   255   256   257   258   259   260   261   262   263   264