Page 255 - book-online
P. 255
Àòàìûí äîñòëàðû
BİR DÖVRÜN SİMVOLU
Radionun, ölümünü "fikir adamı" әvәzinә "dü-
şünür", "natiq" yerinә "konuşmacı" kimi әcaib
kәlmәlәrlә xәbәr verdiyi bu adam, üzlәri
hafizәmdә atamla birlikdә canlanan Ömәr Naci, şair
Mehmet Emin Yurdaqul, Xalidә Ədib, Cәlal Sahir, Ziya
Göyalp, Yusif Akçura kimi insanlardan biri idi.
Radionu söndürüb keçmişin yarıqaranlıq, bәzәn
parlaq vә işıqlı, bәzәn isә insan kölgәlәri ilә dolu
koridorlarını gözlәrim önünә gәtirdim. Molla Güranidәki
köşk, Sәrracxanabaşındakı mülk, Bәyaziddәki Türk
Ocaqları sәhnәsi, Ankaradakı Keçiörәn bağlarının qırmızı
kirәmitli damları, Doqquzuncu Böyük Millәt Mәclisinin
tribunası vә yüzlәrlә adam... Aralarında ortasından çox
diqqәtlә iki yana ayrılmış gözoxşayan ağ saçların
çәrçivәlәdiyi düzgün, bәyaz, amma günәşdәn bir az
yanıb qaralmış, tunca çalan üzünә, son dәrәcә şirin baxı-
şına, şabalıdı gözlәrinә, incә dodaqlarının üstünü xәfifcә
qumrallaşdıran bığlarına heyranlıqla baxdığım bir nәfәr
var. Sәsinin ahәngi, danışığı, xәyalları, zarafatları çox xoş-
uma gәlir. Atamın dostları arasında öz yeri olan bu ada-
ma bacı-qardaşlarım vә mәn "әmi" deyә müraciәt edirik.
Hәm dә anamın rәfiqәsi olan böyük bacısı Türki-
yәnin ilk qadın xeyriyyә cәmiyyәtlәrindәn birinin rәh-
bәridir. Min şahid dә yığılsa, heç kimi hәmin qadının bu
әminin bacısı olduğuna inandıra bilmәzdi. Biri-birindәn
yerlә göy qәdәr fәrqlәnirdilәr. Qadın qısaboylu, şişman
idi. Güclә nәfәs alırdı. Qardaşı isә arıq, uzun, şüvül kimi
adamdı. Bәlkә dә, aralarındakı fәrq atadan bir, anadan
255