Page 253 - book-online
P. 253
Àòàìûí äîñòëàðû

özlәri vә fәaliyyәtlәri üçün tam bir әmniyyәt mühitinin
yaradıldığına şahid oldular. Qanunu bütün tәlәblәri ilә
gözlәrini qırpmadan әski dostları üzәrindә dә tәtbiq
edirdi. Bir zamanlar bәrabәr çalışdığı insanları hökumәtin,
yaxud dövlәtin tәhlükәsizliyi düşüncәsi ilә lazımi anda
әn ciddi sәrtliklә vәzifәdәn uzaqlaşdırmaqda tәrәddüdә
әsla yol vermirdi.

Fәqәt bu dövrdә onun da, daha çox daxilinә baxan
yeni üzü meydana çıxmışdı. Vicdanı vә ağlı ilә baş-başa
qaldığı anlarda, çox yaxın, mәhrәm saydığı bir neçә dos-
tu ilә dәrdlәşmәk imkanı qazandığı saatlarda gәncliyinin
hәyәcan dolu idealist illәrini xatırladığı mәqamlarda
özünü saran incә, az qala uzaqdan gәlәn yanıq qoxusu
xatırladacaq dәrәcәdә xәfif, yaxud dәrinlәrdәn gәlәn bir
bәstә qәdәr hәzin vicdan titrәtmәlәrinin içini, varlığını
xırpaladığını görürdü.

Belә hiss vә düşüncәlәri artdıqca daha çox qabığına
çәkilir, peşәsindәn soyumağa başlayırdı. 1933-cü ildә
Ankarada dövrün Ədliyyә naziri Şükrü Saracoğlu ilә
mәnim aramda qanqaraldan hadisә1 olmuşdu. Ailәmiz
İstanbulda idi. Dәrdimi danışmaq üçün munis bir insan
arayırdım. Sonda atamın bu dostunun yanına getdim.
Mәnә xatirәlәrini danışdı, atamdan, özündәn uzun-uzadı
bәhs etdi. Hәm yorğun, hәm dә fikirli idi. Ən axırda
"Bax, – dedi, – sәnә bir әmi nәsihәti verәcәyәm. Sakit-

1 Sonralar Türkiyə Cümhuriyyətinin görkəmli dövlət adamlarından biri kimi tanınan,
daxili işlər naziri, baş nazir kimi mühüm postlar tutan Şükrü Saracoğlu Birinci
Dünya müharibəsindən sonra həmin dövrdə İttihad və Tərəqqi hökumətinin təhsil
müfəttişi vəzifəsində çalışan Әhməd Ağaoğlunun yardımı ilə İsveçrəyə ali təhsil
almağa göndərilmişdi. Lakin 1930-cu illərin ortalarında magistr təhsilini tamamla-
maq üçün Fransaya gedən Səməd Ağaoğluna etimadsız yanaşmış, “vaxtı ilə
cibində rus pasportu daşıyan bir adamın oğlunun” xaricdə təhsil almasını
məqsədəuyğun saymamışdı. Müəllif həmin hadisəyə işarə edir.

253
   248   249   250   251   252   253   254   255   256   257   258