Page 249 - book-online
P. 249
Àòàìûí äîñòëàðû

O gündәn sonra hәmişә bir az әsәbi vә hiddәtli gö-
rünürdü. Demokratik iqtidarın ünvanına söylәnәn, әk-
sәriyyәti dedi-qodulardan ibarәt tәnqidlәrә sakitcә qulaq
asırdı. Deyәsәn, bir zamanlar özü haqqında yayılan bu
çeşid iftiraları artıq unutmuşdu. Çünki hәr sözә dәrhal
inanırdı.

Bir gün Mәclisin mәşhur pillәkәnlәri altında mәnә
yaxınlaşdı. Üzündәn әsәbi olduğu bilinirdi.

“Heç sәndәn gözlәmәzdim, Sәmәd, – deyә sözә
başladı. – Tәpәbaşı Teatrında1 bir pyesin oynanmasına
qadağa qoymusan. Bu, olan işdirmi? Sәndәn daha çox
atanı yadıma salıb üzüldüm”.

Heyrәtlәndim: “Siz nәdәn danışırsınız? Belә mәsәlә-
dәn yerli-dibli xәbәrim yoxdur”.

İzah etdi. Teatrda bir pyes hәlә bәdii şuradan
keçmәdәn oynanıldığı üçün polis tәrәfindәn yasaq
edilibmiş. Guya tapşırığı da mәn vermişәm. Bu barәdә
ona bir xanım söylәyibmiş.

Belә qәrardan tam xәbәrsizliyimi, ümumiyyәtlә,
hadisәnin Baş nazir müavininin fәaliyyәt dairәsi ilә heç
bir әlaqәsinin olmadığını söylәdim. Amma üzündәn
sözlәrimә inanmadığı sezilirdi. Bir müddәt sonra xәbәri
gәtirәn xanımla haradasa rastlaşdım. O da kimdәn eşit-
diyini bilmәyәrәk, mәsәlәnin kökünә varmadan dost-
tanışlarına danışdığını söylәdi vә sonda “Sizin bu mәsәlәyә
heç bir müdaxilәnizin olmadığını öyrәndik” – deyib üzr
istәdi.

1954-cü il seçimlәrindә artıq Mәclisdә deyildi. Yenә
universitet kürsüsünә qayıtmışdı. Hәm dә daha yorulmuş,

1 Təpəbaşı Teatrı – İstanbulun köhnə teatrlarından biri. 1890-1969-cu illərdə
fəaliyyət göstərib. Әn parlaq dövrü Cümhuriyyət dönəminə təsadüf etmişdir.

249
   244   245   246   247   248   249   250   251   252   253   254