Page 254 - book-online
P. 254
ìÿä Àüàîüëó

lәşәcәksәn. Dövrlәr dәyişdi, dәyişir. Artıq dostluq, vәfa,
etibar kimi boş sözlәrә o qәdәr dә әhәmiyyәt vermә!"

Bu, onunla son görüşüm oldu. Bir müddәt sonra
Adanaya vali tәyin edildi. Amma Sәrbәst Firqә hadisә-
sindәn sonra Xalq Partiyasının getdikcә daha da xırda-
çılıqlara varan rәftarına qarşı dözümü qalmamışdı. Rәsmi
vәzifәlәrini yerinә yetirmәsinә maneçilik törәtdiklәrinә
görә millәt vәkillәri ilә daim münaqişә içindә idi. Nazir-
lәrlә arasında hәmişә anlaşılmazlıqlar olurdu. Xalqın
müdafiә etdiyi, lakin millәt vәkillәrinin istәmәdiyi bir bәlә-
diyyә rәisi seçkilәrindәn sonra valiliklә bir sırada Xalq Par-
tiyasının ikinci başçısı olmasına rәğmәn seçimә qarışma-
dığına görә vәzifәdәn çıxarılıb sәrәncama göndәrildiyini
ona dost münasibәti bәslәmәyәnlәrin qәzetindәn öyrәndi.
Ankaraya gedib mәsәlәnin hәqiqi mahiyyәtini araşdırmaq
istәdi. Amma üz tutduğu adamların hamısı ona arxa çe-
virdi. Bir neçә ay sonra Spartaya, ardından isә Kütahyaya
vali göndәrdilәr. 1946-cı il seçimlәri keçirilәndә bu
şәhәrdә idi. Seçkilәrlә bağlı aldığı bütün işarәtlәrә
әhәmiyyәt vermәdәn bu dәfә dә tәrәfsizliyini pozmadı.
Hәmin dövrdәn qalma çox canlı bir xatirәsi dә var:

Seçimlәrә Xalq Partiyasının tәmsilçisi kimi göndәrilәn
çox nüfuzlu bir şәxs ondan sәsvermә nәticәlәrinin
dәyişdirilmәsini tәlәb etmişdi. Müsafirinin tәlәbini eşi-
dәrkәn onun üzünә nifrәtlә baxaraq hayqırmışdı: "Evimdә
olmasaydınız, sizi buradan biabırçılıqla qovardım".

Bu hadisә Kütahya demokratlarının vali ilә bağlı
şübhәlәrinin üstündәn birdәfәlik xә çәkmişdi.
Seçimlәrdәn bir neçә ay sonra pensiyaya çıxdı, bir daha
meydanda görünmәmәk şәrti ilә hamıdan, hәr kәsdәn
uzaqlaşdı. O qәdәr uzaqlaşdı ki, 1949-cu ildә haqqın
dәrgahına qovuşana qәdәr atamın bu dostundan heç bir
xәbәrim olmadı.

254
   249   250   251   252   253   254   255   256   257   258   259