Page 252 - book-online
P. 252
ìÿä Àüàîüëó

İstanbul Polis müdirliyi siyasi şöbәsinin müdiri
İ ihad vә Tәrәqqi dövrünün hökumәt adamı kimi әn
çox etimad olunan, güvәnilәn xarakter sahiblәrindәn
biri sayılırdı. Özü heç zaman i ihadçı olmamışdı. Amma
taleyini bir yandan şәxsi dostluqları, o biri yandan rәsmi
vәzifәsinin mahiyyәti baxımından i ihadçılarla paylaşdı.
Mütarikәdә ingilislәrin birincilәr sırasında yaxalayıb
Bәkir ağa bölüyünә gәtirdiklәri, Maltaya sürgün etdiklәri
şübhәlilәrdәn biri dә o idi. Əsarәtdәn qurtular-qurtulmaz
Anadoluya keçdi, müxtәlif sәbәblәrdәn çox önәmli kos-
mopolit mühit olan Samsuna polis rәisi tәyin edildi.
Bunun ardınca da müxtәlif vәzifәlәrdә çalışaraq Əmniyyәt
baş müdirliyinә qәdәr yüksәldi.

Mәşrutiyyәt vә Cümhuriyyәt dövrünün polisinә
atamın bu dostunun unudulmayacaq xidmәtlәri var.
Birinci Dünya müharibәsindә İ ihad vә Tәrәqqi liderlәrinә
gecәlәr rahat şәraitdә yatmaq imkanı yaradan tәhlükәsizlik
tәdbirlәrini kimsәyә problem açmadan hәyata keçirmәyi
bacarırdı. Hәm dә bu işi elә sәviyyәdә görürdü ki, şöhrәt,
etibar vә insanlıqlarına görә öz әli ilә, yardımçıları vә
nәhayәt, komissarları ilә birlikdә hәbsә, vә ya sürgün
yerinә getmәk üçün gәmiyә, bәrәyә, qatara, maşına
mindirdiyi bütün insanlar hәyatlarının sonuna qәdәr
ondan minnәtdarlıqla bәhs etmişdilәr.

Mütarikә ilә bәrabәr yaxalanıb çeşidli aqibәtlәrә
sürüklәnә bilәcәyi ehtimal olunan adamları tutduğu
vәzifәdәn alınmasından az öncә xilas etmәyi, ölkәdәn
qaçırmağı bacarırdı.

Cümhuriyyәt dövründә atamın polis müdiri dostu
İ ihadçılar zamanında qazandığı tәcrübәlәrdәn dә istifadә
edib ölkәnin yeni polis tәşkilatını, demәk olar ki, tәkbaşına
qurdu. Bu dәfә dә Cümhuriyyәt polislәri onun sayәsindә

252
   247   248   249   250   251   252   253   254   255   256   257