Page 248 - book-online
P. 248
ìÿä Àüàîüëó

Demokrat Partiyası quruldu. İkisi dә yenidәn siyasi
hәyata qoşulmaq hәvәsinә düşdülәr. Bu hәvәsdә keçmişin
bәzi qisaslarını, intiqamını almaq niyyәti daha çox әrinin
hәrәkәtlәrindә özünü göstәrirdi. Mәclisә seçkilәr zamanı
iki partiyadan gәlәn tәklifә әsasәn, ikisindәn dә eyni
vaxtda namizәd göstәrilmәk şәrti irәli sürüldü. Mәmlәkәtin
siyasi hәyatına partiyalar fövqündә dayanan birisi kimi
qatılmaq istәyirdi. Xanımı isә әski prinsiplәrinә sadiq
qalıb Demokrat Partiyasının siyahısından müstәqil na-
mizәd olmağa üstünlük verdi. Ərin tәklifi hәr iki parti-
ya tәrәfindәn rәdd olundu, xanım isә Böyük Millәt Mәc-
lisinә seçildi. Onunla aradan az qala iyirmi beş il sonra
qarşılaşdığımız yer bu dәfә Mәclis koridorları oldu.

Mәnә uşaqlıq illәrimdә olduğu kimi “Sәmәd,
yavrum” – deyә müraciәt edirdi. Partiya liderlәri ilә
arasında mәsafә saxlayır, Anadolunun müxtәlif
yerlәrindәn gәlmiş o qәdәr dә tanınmayan insanlarla
ünsiyyәtә daha çox üstünlük verirdi. Lakin gәnc әyalәt
vәkillәri, ilçә әşrәfi, yeni nәsillәrin hәyәcanlı yazar vә
doktorları adını әsasәn romanlarından eşitdiklәri, üzünü
ilk dәfә gördüklәri, beli bir az bükük, şirin sәsli yaşlı
qadının nә danışıq üslubunu, nә fikirlәrini asanlıqla
anlaya bilirdilәr. Belәcә, Mәclis yoldaşları arasında
baxışı, duruşu, üzünün cizgilәri ilә keçmişin bir yadigarı
kimi yaşamaqda idi. Günlәrin birindә ağzından çıxan
sözlәrlә özü dә bunu etiraf etmişdi: “Bir tәsadüf
nәticәsindә gәlib aranıza düşdüm”

Sonra da “Bu nә demәkdir?” – hayqırtıları, döşәmәyә
çırpılan ayaq tappıltıları vә masalara vurulan yum-
ruqların sәsi altında tәlәsik sözlәrini bitirib salondan
çıxmışdı.

248
   243   244   245   246   247   248   249   250   251   252   253