Page 245 - book-online
P. 245
Àòàìûí äîñòëàðû

görәn Qәrb tipli romanları, mәmlәkәtin ictimai dava-
larında üzәrinә götürdüyü idealist tәşәbbüslәrlә bütün
bu fәaliyyәt sahәlәrindә ad çıxarmış kişilәrin әksәriyyәtini
çoxdan arxada qoymuşdu. Digәr mәsәlәlәrlә yanaşı,
qadın hüquqlarının qorunması istiqamәtindә dә böyük
işlәr görürdü.

İndi bu sәtirlәri yazarkәn Bәyaziddәki1 Türk Ocaq-
larının sәhnәsi gözlәrimin önünә gәlir. Bu qadın, üzü
yenә şәfәq kimi bәyaz, qara yaylığı saçlarını sıx-sıx çev-
rәlәmiş halda sәhnәdә danışırdı. Az sonra pyeslәrindәn
birini hәqiqi türk oğlan vә qızları oynayacaqdılar. Sonra
az qala höccәlәyә-höccәlәyә oxuduğum bir kitabı
xatırlayıram. Dövrün mürşüdü Ziya Göyalpın sehrli
tәsiri ilә yazılmış hәmin kitabda türkün qurduğu möh-
tәşәm imperatorluğun yıxılması әrәfәsindәki hәsrәt vә
fәryadı eşidilirdi:

Yeni Turan, güzәl ülke,
Söyle, sana yol nerede?

Aradan bir az keçәndәn sonra, millәtin әn fәlakәtli
günlәrindә bu yolu yüz minlәrlә insana göstәrәnlәrdәn
biri o özü olacaqdı.

İstanbul, İzmir, Adana düşmәn tapdağı altındadır.
Atam Maltada әsarәtdәdir. Anamın әlindәn yapışmışam,
İstanbulun Fatihdәn tutmuş Sultan Əhmәdә qәdәr bütün
meydanlarını dolaşırıq. Aralıdan qara bir nәhrә bәnzәyәn,
sayı mәkanına görә, bәlkә, iyirmi, bәlkә yüz minә çatan
böyük insan qәlәbәliyi tribunanın çevrәsini tutmuşdu.
Kütlә, meydanın uğultuları altında xitabәt kürsüsünә

1 İstanbulun tarixi mərkəzlərindən biri. İstanbul Universitetinin əsas giriş qapısı,
Bəyazid camisi və Qapalı çarşı Bəyazid meydanında yerləşir.

245
   240   241   242   243   244   245   246   247   248   249   250