Page 242 - book-online
P. 242
ìÿä Àüàîüëó

halqasına alacağı adamları Çakırcalı1 üsulu ilә seçir, tәh-
lükәli günlәrin imtahanlarından keçmәyәnlәri yaxınına
buraxmaq istәmirdi. Dövlәtin başına qeyd-şәrtsiz böyük
bir qüdrәtlә keçdiyi gündәn az sonra başlayan İkinci
Dünya müharibәsi daxili siyasәtdә yertutma yarışının
sürәtini nәzәrәçarpacaq dәrәcәdә azaltmışdı. O halda
Birinci Dünya müharibәsindәn ikincisinә qәdәr özünün
dәyişmәz uşaq üzü ilә gәlmәyi bacarmış professor-siya-
sәtçiyә Mәclisdә bilyard masası, açıq zarafatlar, hekayәlәr,
qulaqdan-qulağa dedi-qodular arasında, bir küncdә öz
saatını gözlәmәkdәn başqa görülәcәk bir iş qalmamışdı.

Savaşın avropalı diktatorları әzmәsi ehtimalı qüvvәt-
lәndiyi zaman onun da hәsrәtindә olduğu an gәlib çatdı.
Türkiyә zәfәri paylaşan iki rejimdәn biri ilә dil tapmaq,
birinin yanında dayanmaq mәcburiyyәtindә idi. Ya
sağ demokratiyaya, ya da solçu dünyaya qatılacaqdı.
Tarixin göstәrdiyi yol sağ tәrәfdә idi. Tәkpartiyalı iqti-
dar yerini çoxpartiyalı sistemә verәcәkdi. Bәlkә, Xalq
Partiyası da iqtidarı yeni qurulan digәr siyasi tәşkilat vә
insanlarla paylaşmalı olacaqdı.

Biri Atatürkün son baş naziri, o biri Milli Mücadilәdәn
bu yana millәt vәkili, İstiqlal Mәhkәmәsinin üzvü, Xalq
Partiyası qrup başçısının müavini, vali kimi hafizәlәrdә
çeşidli xatirәlәr buraxmış bir isim, üçüncüsü, on beş
ildәn bәri Mәclisdә olan, fәqәt hökumәtdәn, partiyasından
mәsul tәyinat ala bilmәyәn şәxs qәdim bir ailәdәn gәlәn,
hәlә çox gәnc sayıla bilәcәk yaşda olan vә o qәdәr dә
çox tanınmayan idealist Anadolu çocuğu2 ilә birlikdә

1Çakırcalı Mehmet (1872-1911) – Egey bölgəsinin tanınmış əfələrindən (qaçaq)
biri. Qəddarlıq və amansızlığı ilə ad çıxarmışdı. 1080 nəfəri öldürdüyü rəvayət
edilir.
2 Söhbət Demokrat Partiyanın qurucuları sırasında yer alan Cəlal Bayar, Adnan
Menderes, Rəfiq Koraltan və bu xatırə-oçerkin qəhrəmanından gedir.

242
   237   238   239   240   241   242   243   244   245   246   247