Page 240 - book-online
P. 240
ìÿä Àüàîüëó

dırdı. İndi sıra elmi mövzularda, әn çox da dil vә tarix
sahәsindә gözlәnәn inqilablara gәlmişdi. Hәrbçilәrin,
şapkalı vә çәkmәli mülki adamların elmin hüdudlarını
çox asanlıqla aşa bilmәlәrinә әvvәlcә tәәccüblәndi.
Ardınca bir zamanlar Ənvәr Paşanın da nisbәtәn kiçik
miqyaslarda indi hәyata keçirilәn işlәrә hәvәs göstәrdiyini,
lakin bәzi professor vә әdәbiyyatçıların "Hәr iş öz
ustasından qorxar" – tezisini ortaya atmaları nәticәsindә
hәvәsdәn düşüb çalışmalarından vaz keçdiyini xatırladı.
Bu örnәkdәn aldığı cәsarәtlә gündәlikdә dayanan mәdәni
inqilabları qulaqdan-qulağa gәzәn pıçıltılarla tәnqid
etmәyә başladı. Bununla da kifayәtlәnmәyib özünә
ürәkdәn inanan bәzi gәnc assistentlәrini qabağa vermәk
yolu ilә bir növ partizan müharibәsinә girişdi.

Fәqәt Mustafa Kamal, Ənvәr Paşa deyildi. Fikrindә
tutduqlarını gerçәyә çevirmәk üçün hәr zaman bacarıqla
tәtbiq etdiyi üsulları vardı. Üstünә barmaq basdığı işdә
tanınmış fikir vә sәnәt adamlarını irәli sürdüklәri
mülahizәnin, ideyanın icraçılarına çevirmәyi bacarırdı.
Buna razı olmalarını hәr yola baş vuraraq, mәsәlәn,
Mütarikә illәrindәki davranışlarını yada salmırmış kimi
görünmәyә çalışaraq doğru yola gәtirirdi. Kiminsә
müqavimәt göstәrmәk fikrinә düşdüyünü görәndә son-
radan özlәri peşman olub әllәrinә, ayaqlarına sarılmayana
qәdәr üzlәrinә baxmırdı. Dil vә tarix mövzularında
düşündüklәrini hәyata keçirәndә dә eyni yolu tutdu.
Çox yaxşı bilirdi ki, İstanbul Darülfünununun bu dünyaca
mәşhur professoru da günlәrin birindә inadından dönәcәk.
Siyasәtçilәrin süfrәlәrindә iddia ilә oturmağa alışan insan
öz süfrәsi nә qәdәr cәlbedici olsa da, tәbii ki, bu vәziyyәtә
sona qәdәr tәhәmmül edib dayana bilmәyәcәkdi. Atatürk

240
   235   236   237   238   239   240   241   242   243   244   245