Page 236 - book-online
P. 236
ìÿä Àüàîüëó

Xәyalım bәzәn atlanıb Böyük adaya uçur. Atamın
dostu ilә bizim ailә şam ağacları arasında yan-yana
tikilmiş iki evdә yaşayırıq. Aylı gecәlәrdә iki ailә bәrabәr
gәzintiyә çıxırıq. Bu gecәlәrin mahnı vә zarafatlarla dolu
mavi aydınlığının hәsrәti hәlә dә içimdә qövr elәmәkdәdir.

Mütarikә illәri. Atam Malta әsarәtindәdir. Anamla
dәfәlәrlә gәlib İstanbuldakı bu evdә qalırıq. Sәhәrә yaxın
anam divarın üstündәn sulara şüşә butulka içәrisindә
kağız – uşaqların atasını mümkün qәdәr tezliklә evinә,
balalarının yanına qaytarması üçün Hәzrәti Əliyә ün-
vanlanan mәktub atır. Ancaq bu illәrdә atamın dostunu
yalnız biz onlara getdiyimiz zaman görürәm. Qәribәdir
ki, o, gözümә artıq әski vaxtlardakı kimi görünmür.
Böyüdükcә daha çox fәrqinә varıram: ailәsinin deyil,
şәxsәn özünün ailәmizlә bağlı yaxınlığı, mәhrәmliyi ilә
atamın siyasi hәyatdakı eniş vә yüksәlişlәri arasında bir
әlaqә var. Yalnız bizә deyil, i ihadçılar zümrәsindәn
olan bütün dostlarına, Ziya Göyalpa da eyni münasibәt
bәslәyir. Bu ölçü-biçili davranışı atam ölәnә qәdәr
dәyişmәdi. Zәfәrdәn sonra atamın nüfuzu çox artıb.
Gәnc dostu da hәr zaman yanındadır. Sonra atam gözdәn
düşdü. Artıq o da ortalıqda görünmürdü.

Burada yenә “Tanış üzlәr” kitabıma dönәcәyәm.
Amma bәzi söz vә ifadәlәri dәyişdirmәk şәrti ilә. Hәmin
kәlmәlәrә bu kitabda lüzum yoxdur. İndi qarşınızda
duran atamın dostudur.

"Boyunu azacıq da olsa böyütmәk üçün ayaqqabılarının
içinә qat-qat kağız qoyub, başını, incә vә sivri çәnәsini
yuxarı qaldıracaq şәkildә tutub, sinәsini bacardığı qәdәr
qabağa verәrәk vә qabardaraq yeriyәn bu adamın üzü
heç vәchlә qocalmırdı. Hәlә iyirmi yaşında şair kimi
mәtbuat dünyasına ayaq basdığı gün necә idisә, iyirmi

236
   231   232   233   234   235   236   237   238   239   240   241