Page 231 - book-online
P. 231
Àòàìûí äîñòëàðû

Qarşısındakı adam әsilzadә görünüşü, gözәl vә ağıllı
siması ilә yaşadığı macәralara layiq idi.

Dünyanın hәr yerindә yalanlar, böhtanlar, iftiralar,
dedi-qodular siyasәt alәminin әsas silahlarıdır. Fәqәt
Şәrqdә, Şәrqin tәsiri altındakı mәmlәkәtlәrdә siyasi
çәkişmәlәr yalnız bu silahla aparılır.

Keçmiş Qars müvәqqәti hökumәtinin qurucusu, yeni
Qars bәlәdiyyә rәisi dә hәmin silaha hәdәf oldu. Ankara
yavaş-yavaş şübhәlәrini artırmağa başladı. Şübhәlәr
tәdricәn onu bәlәdiyyә rәisliyindәn uzaqlaşdıracaq
dәrәcәdә güclәndi. Sonra Sәrbәst Firqә macәrası ortaya
çıxdı. Dostu vә çox sevdiyi Əhmәd bәy Ağaoğlundan
aldığı bir teleqrama әsasәn Qarsda Sәrbәst Firqәni qurdu.
Tәşkilat sürәtlә böyüdü. Tez bir zamanda, demәk olar ki,
bütün Qars Sәrbәst Firqә rәisinin başına toplandı.

Lakin aradan üç ay keçmәmiş, firqә bağlandı. Əlverişli
fürsәt yarandığından, düşmәnlәri bütün kin, qeyz vә
qәzәblәri ilә ortaya çıxdılar. Gәncliyi ruslarla mübarizәdә
keçmiş, Ədirnәni qurtaran könüllü qüvvәlәrin ilk alay
komandanı, yüz minlәrlә insanı ermәni qırğınından xilas
edәn, Milli Mücadilәnin ilk müqavimәt qüvvәlәrindәn
birini dövlәt şәklindә qurmağa müvәffәq olan vәtәnpәrvәr,
Ağrı üsyanının1 tәhrikçilәrindәn biri kimi qәlәmә verildi.
Nәticәdә Vәkillәr Heyәtinin (Nazirlәr Şurası – V.Q.)
qәrarı ilә ölkәnin Qәrb әyalәtlәrindәn birinә sürgünә
göndәrildi. Ermәni süngülәrindәn qurtardığı doğma
şәhәrindәn öz insanlarının әli ilә çıxarılması ona çox
ağır gәlirdi. Bunu ölümdәn betәr fәlakәt kimi qarşılayırdı.

1 Ağrı üsyanı – 1926-1930-cu illərdə Ağrı dağı rayonunda, İran-Türkiyə sərhəd-
dində erməni millətçilərinin də təhrik və iştirakı ilə həyata keçirilən kürd üsyanları.
Türk ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində 1930-cu ilin sentyabrında
üsyan tamamilə yatırıldı, başçılardan biri olan İbrahim ağa öldürüldü, 34 nəfər İs-
tiqlal Məhkəməsinin qərarı ilə edam edildi.

231
   226   227   228   229   230   231   232   233   234   235   236