Page 229 - book-online
P. 229
Àòàìûí äîñòëàðû
Osmanlı imperatorluğu mәğlub oldu, bütün cәbhәlәrdә
tәsvirәgәlmәz qәhrәmanlıqla döyüşә-döyüşә çökdü.
Böyük türklük idealının xarabalıqları qarşısında qәlbi
dәrin iztirablarla dolu bir halda türk ordusunun yenicә
geri aldığı Qarsa qayıtdı. İndi onu türk tarixinin çox ağır
dövründә olduqca çәtin sınaqlar gözlәyirdi. Mundros
müqavilәsinin şәrtlәrinә görә, türk ordusu keçmiş türk-
rus sәrhәddinә qәdәr geri çәkilmәli idi. Bu, bütün Qars
vә әtrafını, bölgәnin türk vә müsәlman xalqını qalan
digәr tәhlükәlәrdәn daha әvvәl vә daha qorxunc şәkildә
ermәni işğalına, hә a ermәni qırğınına mәruz qoyurdu.
Dәrhal tәşkilat yaratmaq, lazım gәlәrsә, hә a yeni bir
türk dövlәtinin әsasını qoymaq, hәrtәrәfli müdafiә
tәdbirlәri görmәk lazım idi. Heç bir halda bu niyyәtin
әksini düşünәcәk insan deyildi. Son nәfәsinә qәdәr
döyüşәcәk, son damla qanını axıtmadan sevgili vәtәn
torpağını vәhşiliyin vә intiqam ehtirasının girdabına
tәslim etmәyәcәkdi!
Hәrәkәtә keçdi. “Şurayi-millәt” adı ilә topladığı millәt
mәclisi “Cәnub-Qәrbi Qafqaz Hökumәti-Milliyyәsini”1
qurdu. Özü bu kiçik dövlәtin başçısı, qardaşı Hәsәn bәy
isә milli müdafiә naziri oldu.
Yeni dövlәt az vaxtda Qarsın yaxınlığındakı Hopa,
Çorut kimi torpaqları sәrhәdlәri daxilinә qatdı. Hә a
daha irәli getdi. Ermәni hәrbi qüvvәlәrini sarsıdıcı
mәğlubiyyәtә uğradıb Naxçıvanın bir hissәsini, gürcülәrlә
1Cənub-Qərbi Qafqaz Hökuməti-Müvəqqətiyi-Milliyyəsi – Mundros anlaşmasından
və Osmanlı ordularının Qafqazdan çəkilməsindən sonra, əsasən yerli əhalini
erməni soyqırımından qorumaq məqsədi ilə Azərbaycan türklərinin 1918-ci il,
dekabrın 1-də Qarsda elan etdikləri tanınmamış dövlət. 1919-cu il, yanvarın 17-də
64 nəfərlik parlament yeni dövlətin konstitusiyasını qəbul etmiş, həmin il martın
27-də isə ilk hökuməti formalaşdırmışdı. Mövcudluğuna 1919-cu il, aprelin 19-da
bölgəni nüfuz altına alan ingilislər tərəfindən son qoyulmuşdu. Hökumət üzvləri
tam tərkibdə Malta adasına sürgünə göndərilmişdilər.
229