Page 228 - book-online
P. 228
ìÿä Àüàîüëó
altına düşmüşdü. İndi ilk növbәdә bu vәtәnin imdadına
tәlәsmәk lazım idi.
Yanında doqquz yüz könüllü ilә İstanbula gәldi.
Süvarilәrinin başında İstanbul küçәlәrindәn sәrhәdә
tәlәsәn әski bir türk bәyi sürәti ilә keçdi. Hәyatının әn
böyük hәyәcanlarından birini dә bu yolçuluq zamanı
Ənvәr Paşa ilә qarşılaşdığı anlarda yaşadı. Ənvәrin adını
әfsanәvi qәhrәman kimi çox eşitmişdi. “O olan yerdә
zәfәr labüddür!” – deyirdi. Üz-üzә gәldiklәri zaman
әvvәlcә heyrәt etdi. Dillәrdә dastan olan qәhrәman bu
cavan oğlan idimi? Lakin bir neçә saniyә sonra başqa bir
insanın qarşısında dayandığını fәrq etdi. Onun utancaq
üzündә hәr kәsә itaәt aşılayan cizgilәr vardı.
Ədirnәyә girәn ilk türk әsgәri hәm әmr almağı, hәm
dә әmr vermәyi yaxşı bacaran bu könüllülәr komandanı
oldu. Başında sivri papağı, süvarilәri ilә küçәlәrindәn
dördnala keçdiyi әski türk torpağının xalis türk xalqı
ona göydәn enmiş xilaskar kimi heyrәt, heyranlıq, bir az
da qorxu ilә baxdı. Gözlәrindә intiqamını ala bilmәmiş
bir aslanın tükürpәrdici baxışı vardı. Qaçan düşmәnin
arxasınca ta Gümülcinәyә, Dәmәtköyә1 qәdәr at çapdı.
“Dur!” – әmri gәlib ona çatanda “Nә üçün? Nә üçün?” –
deyә hayqırdı, – “düz Sofiyaya qәdәr getmәk lazımdır!”
Vә әmrә itaәt etdi!
Birinci Dünya müharibәsi başlanar-başlanmaz onu
alay komandiri kimi İraq cәbhәsinә göndәrdilәr. Əsgәri
tәhsil almasa da, mükәmmәl hәrbçi olduğunu bir daha
sübut etdi. Bu dәfә dә kiçik qardaşı Hәsәn bәy bölük ko-
mandiri kimi yanında vuruşurdu.
1 Dəmətköy, Gümülcinə – 1361-ci ildən Osmanlı İmperiyasına daxil olan ərazilər.
1913-cü il Buxarest anlaşmasına görə Bolqarıstana verilmiş, 1920-ci il San-Remo
anlaşmasına əsasən isə Qərbi Trakiya ilə birlikdə Yunanıstanın tərkibinə daxil
edilmişdir.
228