Page 223 - book-online
P. 223
Àòàìûí äîñòëàðû
“Çox, çox mәşğulam! Universiteti qururam. Avropanın
әn böyük, әn mükәmmәl universitetini!” – dedi.
Bu sözlәri deyәrkәn gözlәri parlayır, burun dәliklәri
açılıb-qapanırdı.
Birdәn soruşdu: “Atan nә iş görür?”
Sәrbәst Firqә macәrasından sonra yalnız Darülfünunda
professor kimi qalan atamın, dәrslәri ilә mәşğul olduğunu
dedim. Qәribә bir tәrzdә güldü. Başını qabağa әyәrkәn
dodaqlarının kәnarında görünәn istehzalı tәbәssümün
mәnasını atamdan soruşanda “Bu, bir işarәdir, – dedi. –
Yәqin ki, mәni Darülfünundan xaric edәcәklәr”.
Yaşlı, ixtiyar Ocaq üzvlәri cavan yoldaşlarının halını,
xasiyyәtini yaxşı öyrәnmişdilәr.
Darülfünun islahatı isveçrәli professorun tәkliflәri
ilә universiteti siyasәtin әsirinә çevirmәk istәyәn zeh-
niyyәtin direktivlәri arasında çapalaya-çapalaya irәlilә-
mәkdә idi. Bilik, tәcrübә vә dünyagörüşü baxımından keç-
miş darülfünundan yeni universitetә professor tәyin edilәcәk-
lәri gözlәnilәnlәr arasında siyasi fikirlәri etibarı ilә dövrün
bәzi idarәçilәrinin xoşuna gәlmәyәnlәr dә vardı. Onlar re-
jimin şәksiz tәrәfdarı kimi tanınmadığı tәqdirdә bir siya-
sәt adamının hәm qәzet redaksiyasına, hәm dә universitet
kürsüsünә sahiblәnmәsinin bәzi xoşagәlmәz nәticәlәr doğura-
cağını dayanıb-durmadan yüksәk iqtidar mәqamlarına
tәlqin edirdilәr. Atam o sıralarda “Axın”1 qәzetini çıxarırdı.
Qәzetin sәhifәlәrindә mәmlәkәtin sosial gerçәkliklәrini
sadә dillә izah edәn mәqalәlәr yazırdı. Darülfünun
universitetә çevrilәrkәn bir qisim professorlar mövcud
1 “Axın”– Әhməd Ağaoğlunun redaktorluğu ilə 1933-cü ilin aprel-sentyabr
aylarında İstanbulda nəşr olunan gündəlik ictimai-siyasi və iqtisadi qəzet
223