Page 227 - book-online
P. 227
Àòàìûí äîñòëàðû
MƏCHUL QƏHRƏMAN
İncә, uzun boyu, enli çiyinlәri, ağ bәnizi, sәliqә ilә
vurulmuş çal saçları ilә gözümün önündәdir. Çox
az danışır. Lakin növbәsi çatıb sözә başladığı
zaman ciyәrlәrinin dәrinliyindәn gәlәn qalın, şirin bir
sәs İstanbul şivәsinin islah etdiyi әn gözәl azәri lәhcәsi
ilә sizә xitab edәcәkdi.
Dünyasını dәyişәn günә qәdәr Rizәdәn Vana, Qarsdan
Ərzincana kimi böyük bir mәmlәkәt parçası üzәrindә
onun qәdәr sevilәn, onun qәdәr sayılan az adam oldu.
Gözәl üzü, gözәl vücudu, gözәl sәsi vә söhbәtlәri ilә
bütün o vilayәtlәrin insanları arasında әsatiri bir çoban
kimi yaşadı. Türk millәtinin son әlli illik azadlıq mübarizәsi
tarixindә bu gün çox mәchul, sabah isә hәmin mübarizәnin
bütün hadisәlәrini yorulmadan tәdqiq etmәyi özünә
vәzifә sayan nәsillәr üçün sirr dolu yeni şәxsiyyәt kimi
meydana çıxacaq bu adam atamın yaxın dostlarından
idi. İkisi dә türkün azadlıq vә mәdәniyyәt mübarizәsi
yolunda Türküstandan Dunaya qәdәr uzanan torpaqlar
üzәrindә durmadan çarpışdılar.
Qarslı idi. 1878-ci ildә bu hәqiqi türk şәhәrinin
Rusiyaya tәslim edilmәsinә 12 yaşında bir uşaq ikәn
şahid oldu. Aradan on il keçәndәn sonra isә ruslara
qarşı gizli vә açıq siyasi fәaliyyәtә başladı. Sonra daha
mühüm bir döyüş meydanı kimi İran Azәrbaycanına
keçdi. Yanında kiçik qardaşı Aydın Paşa da var idi.
Burada hazırladıqları üsyan zamanı Tәbriz tәşkilatının
rәhbәrlәrindәn biri olan Aydın Paşa hәlak oldu.
İkinci Balkan müharibәsi başlamış, böyük türk
dünyasının sonuncu müstәqil parçası da әsarәt tәhlükәsi
227