Page 225 - book-online
P. 225
Àòàìûí äîñòëàðû

Darülfünun islahatından bәhs edәn mәqalәnin yuxarısına
xәbәri olmadığı halda özünün tәk şәkli qoyulmuşdu.
Onu diri-diri udmaq üçün çoxdan gözlәnәn fürsәt öz
ayağı ilә hüzura gәlmişdi.

İki gün sonra bir gecәyarısı evimizin qapı zәngi
çalındı. Gәlәnlәr islahat hәrәkәti sırasında maarif vәkilinin
müavini, darülfünunun iki professoru vә Atatürkә çox
yaxınlığı ilә tanınan bir siyasәt adamı (Fuad Köprülü,
Nәşәt Ömәr vә Cavad Abbas mәrhumlar – müәllifin
qeydi) idi. Gecә qonaqları iki ildәn – Sәrbәst Firqә qurul-
duğu gündәn bәri atamın qapısını bir dәfә dә olsun aç-
mayan köhnә dostları idi. Əlindәn Darülfünun pro-
fessorluğu da alınandan sonra gecәnin gec saatlarında
onları qarşısında görәn atam öz-özünә “Bir xәbәr var.
Baxaq, görәk nә işdir. Bu gәliş bihudә deyil” – dedi.
Professorlar eyni sözlәri eyni zamanda söylәdilәr: “Əhmәd
bәy, bu adam hәddini aşdı. Sәni, digәr dostlarımızı işdәn
atan insan indi daha qabağa gedir, özünü universitetin
rәhbәri elan etmәk istәyir. Biz buna dözә bilmәzdik.
Ona görә dә professorluqdan istefa etdik”.

Daha bir sıra mәsәlәlәrdәn danışdıqdan sonra getdilәr.
Ertәsi gün bütün qәzetlәr iki professorun istefasını
arşınlıq hәrflәrlә ilk sәhifәlәrindә vermişdilәr. Bir neçә
gün sonra isә maarif vәkilinin öz yerini bir başqasına
buraxması xәbәrini yaydılar.
Bu ikinci zәrbәdәn yaralanan tәk ehtirasları, xәyalları,
әmәllәri deyildi. Heysiyyәti, şәrәfi dә çox ağır zәrbә
yemişdi. Bütün dostları bir anda әtrafından çәkildilәr.
Yanında yalnız ailәsi, uşaqları qalmışdı. Onlar bu alov
vә ehtirasın әzabını, qırıqlığını sakitlәşdirmәk imkanından
mәhrum idilәr.

225
   220   221   222   223   224   225   226   227   228   229   230