Page 257 - book-online
P. 257
Àòàìûí äîñòëàðû

eyni yerә yaxın olan Hacı Akif Paşa mülkü kimi Xorxor-
dakı saray da hәlә Tәnzimata qәdәr Qәrbә mәxsus
rahatlıq vә süs içindә şәrqli ruhu ilә yaşayan insanlarla
dolu idi. Evin xanımları vardı. Yanlarında isә cariyәlәr,
otaq xidmәtçilәri. Fransız kralı Luinin1 dövrünün mebellәri
vә Napoleon dәbinә uyğun kresloların arxasında әsl
әrәb, әsl türk zövqü ilә sәdәflә işlәnmiş güzgülәr yan-
yana sıralanırdı. Avstriya, fransız, italyan qobelenlәri,
Türküstan, İran, hind, Anadolu xalıları üst-üstә qalaq-
lanmışdı. Divarlardan tanınmış xә atların yazıları, Qәrb
rәssamlarının әsәrlәri asılmışdı.

Xanımlar, bәylәr çarpayılarda, cariyәlәr, nökәrlәr
isә yerdәn salınmış yorğan-döşәkdә yatırdılar. Mülkün
ağaları sәhәrlәr işә gedәrkәn әyinlәrinә o zaman "istan-
bulin" adlanan fraka bәnzәyәn uzun kostyumlar geyir,
axşam evә dönәr-dönmәz çiyinlәrinә cübbә salıb başlarına
balaca qırmızı fәs qoyardılar. Kiçik xanımlar musiqi,
bәzәn fransız dili vә naxış dәrslәri keçirdilәr. Kiçik bәylәr
hәrb mәktәbinә, yaxud Qalatasaray liseyinә2 yazılırdılar.
Atası da onu Qalatasarayda tәhsil vermәk istәmişdi.
Çünki o vaxtlar Qalatasaray, dövrün Qәrb dünyasına
açılan yeganә sivil pәncәrәsi sayılırdı. Bu tәlim-tәrbiyә
ocağı Tәnzimat paşasının oğlu vә nәvәsi üçün böyük
universitet timsalında idi. Atamın dostu ayağının biri,
ruhunun isә әksәr tәmayül vә alışqanlıqları ilә hәyatını
Xorxordakı malikanәyә bağlı şәkildә başa vurdu vә öm-
rünün sonuna qәdәr böyük bir dövrün – Osmanlı impera-
torluğunun son illәrinin diqqәtçәkәn simvollarından biri
kimi qaldı.

1 Fransa kralı XVI Lüdovik (1754-1793) nəzərdə tutulur.
2 Qalatasaray liseyi – Osmanlı imperatorluğunun tarixi 1715-ci ilə gedib çıxan ən
qədim təhsil müəssisələrindən biri. 1868-ci ildən fransız dilində təhsil verən
Məktəbi-Sultani kimi yenidən qurulmuşdu. 1927-ci ildən Qalatasaray liseyi adlanır.

257
   252   253   254   255   256   257   258   259   260   261   262