Page 261 - book-online
P. 261
Àòàìûí äîñòëàðû

Atamın dostu, bәlkә dә, Xorxordakı mülkün tәsiri ilә
daxilindә baş qaldıran iddialılıqdan, özününümayişdәn
ömrünün sonuna qәdәr xilas ola bilmәdi. Fәqәt, xarak-
terinin zәif cәhәtlәrini bәlli sәrhәdlәr daxilindә tutmağı
da bacardı. Bu çox tanınmış, yaraşıqlı, sözükeçәn, cәlbedici
insan, hәyatının heç bir dövründә öz işlәri ilә bağlı
toplumu rahatsız etmәmişdi. Bәlkә, zaman-zaman bәzi
әqrәbaları, yaxın dost vә tanışları ondan şikayәtçi oldular.
Amma içәrisindә yaşadığı cәmiyyәtdәn belә narazılıq
sәsi әsla eşidilmәdi. Yenә kim bilir – bәlkә, yalnız zahiri
bir göstәrişdәn, nümayişdәn ibarәt olan zәifliyi, yaxud
qüsuru onu gerçәk, sәmimi әlaqәlәrdәn uzaq tutdu?
İnandığı fikirlәr vardı. Bu fikirlәrә qәlbәn bağlı idi.
Amma yüzdәyüz inandığı insanlar da vardımı? Bunu
deyә bilmәrәm. Digәr tәrәfdәn, inandıqlarını da inandığı
qәdәr sevdiyini söylәmәk çәtin mәsәlә idi. İdeya cәrәyanı
kimi milliyyәtçiliyә böyük önәm verirdi. Amma irqçi dә
deyildi. Milliyyәtçiliyә inancında, hә a inhisarçı bir
münasibәt göstәrdiyini söylәmәk mümkündür. Onun
gözündә Türk Ocaqları elә özü demәk idi. Sadәcә, özü
olmadan Türk Ocaqlarının düşünülә bilmәyәcәyinә
ürәkdәn inandığına görә! Eyni düşüncә vә mәntiqlә
onsuz türk milliyyәtçiliyinin mövcudluğu da mümkün
deyildi!

Belәcә, inhisarçı bir inanc özünü göstәrmәk hәvәsi
ilә birlәşib onun әn böyük zәifliyini meydana gәtirir,
özü-özü ilә tәzadlara salırdı.

Ocaqların, deyәsәn, 1930-cu ildә keçirilәn Böyük
konqresinә İstiqlal Mәhkәmәsinin o zamankı rәisi Əli
Çәtinqayanın1 sәdrlik etmәsinә göz yummuşdu. Halbuki
hәmişә İstiqlal Mәhkәmәlәrinin qurulmasına qarşı çıxan

1 Әli Çətinqaya (1878-1949) – türk hərbçisi, siyasətçi və dövlət xadimi

261
   256   257   258   259   260   261   262   263   264   265   266