Page 266 - book-online
P. 266
ìÿä Àüàîüëó

bölümündә әski türk әfsanәlәrinin simvolları, türk
naxışları, yazılar özünә uyğun yer almış, incә zövqlә
işlәnmişdi. Maraqlıdır ki, Ocaqların binasında yalnız
keçmiş, yalnız әski günlәrin tarixi öz әksini tapmışdı.
Günümüzdәn, günün qәhrәmanlarından bәhs edәn bir
işarә dә yox idi.

Bir dәfә Əhmәd Ağaoğlu ilә binanı gәzәrkәn “Bura
Ocaq başçısının iş otağı, bura idarә heyәti üzvlәrinin
otaqları olacaq, bura isә müsafirlәr üçün ayrılacaq” –
deyә içәrini bir-bir göstәrirmiş. Atam onu dayandırıb
fikirli-fikirli “Bax, – demişdi, – sәnә bir şey söylәyәcәyәm.
Bu süslü, möhtәşәm otaqlarda sәnin, mәnim oturmağıma
imkan vermәyәcәklәr. Görәcәksәn, binanı tezliklә әlimiz-
dәn alacaqlar”.

İncә dodaqları zarafatcıl bir gülüşlә açılmışdı: “Xeyr,
Əhmәd bәy, qәtiyyәn! Bura hәmişә Türk Ocaqlarının
qәlbi kimi vuracaq”.

Aradan çox keçmәdi. Bir gün memar Hikmәt tәlaşla
gәldi: “Dünәn Şәrq salonunun tavan bәzәklәrini vurmaq
üçün yuxarıda, taxtabәndin üstündә çalışırdım. Rәcәb
bәy yanında bir neçә dost-tanışı ilә içәri girdi. Hәr halda,
yuxarıda olduğumdan, mәni görmәmişdilәr. Rәcәb bәy
o birilәrә “Bu hissә ümumi katibliyә verilә bilәr. Yanındakı
salon isә partiya idarә heyәti üçün ayrılacaq” – deyә
әlüstü göstәrişlәrini verirdi. Deyәsәn, binanı partiya
mәrkәzinә çevirmәk istәyirlәr”.

Aradan nә qәdәr keçdi, bilmirәm. Bir xәstәlik
üzündәn müәyyәn vaxt Ankaradan, hә a Türkiyәdәn
kәnarda qalıb geri döndüyü zaman qulaqdan-qulağa
dolaşan pıçıltılar ona da gәlib çatdı. Ocaqların başçısına
vә idarә heyәti üzvlәrinә aylıq maaş ayrılması dilә, ağıza
düşmüşdü. Üstәlik, onun lazım gәldiyi tәqdirdә Ocaqları

266
   261   262   263   264   265   266   267   268   269   270   271