Page 271 - book-online
P. 271
Àòàìûí äîñòëàðû
uzatmışdılar. Üstünü bәyaz çarşabla örtmüşdülәr. Baxdım
vә diksindim. Orada yatan bir adam deyil, bütöv bir
dövr idi. O dövrdәn qalan, Osmanlı imperatorluğunu
süqutdan qurtarmaq üçün sadәcә "Mәmlәkәti idarә
edәnlәrin Avropalı görünmәsi kifayәt edәr" – xәyalı ilә
taxtaları qaralmış, biri-birinә dayanaraq ancaq ayaqda
dura bilәn uçuq-sökük evlәrin yanında, insanları maddi
vә mәnәvi aclıqlardan qıvrılan mәhәllәnin ortasında
ucaldılmış bahalı sәnәt әsәrlәri ilә dolu, mebellәr, çil-
çıraqlar, güzgülәrlә bәzәdilmiş geniş, işıqlı vә әzәmәtli
salonları olan malikanәdә Tәnzimat bir daha ölürdü.
Zatәn Türkiyәdә o dövrdәn qalma son mülk uçurulana
qәdәr, son paşanın son oğlu vә nәvәsi torpağa tapşırılana
qәdәr Tәnzimat onlarla bәrabәr bir kәrә daha ölәcәkdi.
Atamın bu dostu da İkinci Mәşrutiyyәtә, Cümhuriyyәtә,
inqilablara bir tәrәfi Tәnzimata bağlı olmaqla, onun
rәnglәrini, rayihәlәrini, sәslәrini qeyb etmәdәn keçmәyi
bacarmışdı.
Pillәkәnlәrdәn aşağı enәrkәn, mәnә elә gәldi ki, aya-
ğımın altındakı taxtaların cırıltısı bir az da artıb, başımın
üzәrindәki çilçıraqların işığı bir az da ölәziyib. Küçә
qapısına aparan yol sanki bir katakombanı xatırladırdı.
Tayları ağır-ağır açılan qapıdan bir yuxunun içindәn
çıxırammış kimi özümü bayıra atdım.
271