Page 275 - book-online
P. 275
Àòàìûí äîñòëàðû

1918-ci ildә böyük Fatih yanğınında tam yanıb külә
dönәnә qәdәr bu evdәn hafizәmdә qalan hadisәlәr
arasında anamın üzünü hәm tәlaşlı, hәm dә düşüncәli
görürәm. Kamil Paşa hökumәtinin qısa, fәlakәt dolu
hakimiyyәti dövründә hәbslәr, tәqiblәr, gizli toplantılarla
rahatlığı pozulmuş evdә Birinci Dünya müharibәsinin
ilk zәfәrlәri parlayır. Sonra yenidәn iztirablar hәr şeyә
hakim olur. İki yaşındakı kiçik qardaşım Bәşirin
Ərәnköydәki bir dәniz sәyahәti zamanı birdәn-birә beyin
sәtәlcәmi olub ölmәsi atama heç kәsin gözlәmәdiyi, sәrt
xarakterinә yaxın buraxmadığı elә qorxunc, elә sarsıdıcı
tәsir göstәrmişdi ki, anam indi dә ölәn körpәsini unudub
atamı bir uşaq kimi qorumaq mәcburiyyәtindә qalmışdı.

Nәhayәt, Molla Güranidәki evimizdә son sevincli
anlar: Atam Nuri Paşanın müşaviri kimi Osmanlının
Qafqaz İslam ordusu ilә birlikdә Azәrbaycanın yardımına
yola düşdü. Lakin bu sәadәt dә uzun çәkmәdi. Bir neçә
ay sonra Fatih yanğını evimizi, demәk olar ki, bütün
әşyaları, avadanlığı ilә yandırıb külә döndәrdi.

Burada mәni zaman-zaman yuxularımda mәnalar
axtarmağa sövq edәn qәribә bir әhvalatdan danışacağam.

Yanğından dörd gecә әvvәl qәribә yuxu gördüm.
Evimizin qonaq otağından Fatih camisinә baxırdım.
Birdәn minarәlәrin arasından parlaq alov dillәrinin göyә
qalxdığı diqqәtimi çәkdi. Alov gözümün işlәdiyi qәdәr
geniş әrazini az qala bir an içindә keçib evimizi bürüdü,
sonra sürәtlә Aksaraya tәrәf yayılmağa başladı. Qışqırıb
yuxudan oyandım. Anama qısılıb daha bәrk ağlamağa
başladım. Anam ayıldı. Gördüyüm yuxunu danışdım.
Saçlarımı oxşadı. “Bu, gözәl yuxudur, – dedi. – Tezliklә
atandan yaxşı xәbәrlәr alacağıq”. Düz dörd gündәn
sonra, İstanbulun fәthinin ildönümü günündә yenә dә

275
   270   271   272   273   274   275   276   277   278   279   280