Page 272 - book-online
P. 272
ìÿä Àüàîüëó
ƏN YAXIN DOST
İndi növbә atamın әn yaxın dostuna çatdı. O, kiçik,
әsmәrbәnizli, qaragözlü, zәif bir qadındır. Bu
qadın – anamdır. Xatirәlәrimin artıq heç bir şeyi
fәrq etmәdiyim qaranlıq küncündә incә, solğun işıq kimi
görünәn üzü getdikcә aydınlanaraq ta ölüm yatağında
son dәfә tamaşa etdiyim dәqiqәyә qәdәr hәr zaman
atamın yanında oldu. Savadı, sadәcә tәkbaşına öyrәndiyi
oxuyub-yazmaq idi. Amma buna baxmayaraq qәdim,
әsil-nәcabәtli bir azәri ailәsinin maddi vә mәnәvi zәnginliyi
içәrisindә pәrvәriş tapan incә zәkasının, hәssas ruhunun
yaratdığı romantik tәbiәti әsl xalq adamı olan atamın
çılğın, әsәbi, mәsuliyyәtsiz ağıl vә xarakteri ilә durmadan
çarpışdı, bu zәkanın, xarakterin kobud tәrәflәrini cilalayıb
Ağaoğlu ailәsinin cәmiyyәt içәrisindә öz yerini tutmasına
böyük kömәk göstәrdi. Atamın rәqiblәri, hә a düşmәnlәri
dә bu qadının qarşısında kinlәrini, hiddәtlәrini unutmaq,
bәzәn isә gizlәtmәk mәcburiyyәtindә qalırdılar.
Atamla anamın evlәnmәsi ikisinin dә doğma yurdu
Qarabağda o zaman müxtәlif sәbәblәrlә bağlı meydana
çıxan sosial dәyişikliklәrin bәhrәsi, yaxud rәmzi sayıla
bilәrdi. Atam ictimai cәrәyanların bәzәn açıq, bәzәn gizli
şәkildә böyük sarsıntılar yaratdığı Rusiyada orta tәhsilini
bitirdikdәn sonra Fransaya getmişdi. Avropanın bir
yandan әn romantik, digәr tәrәfdәn әn idealist, üçüncü
baxış bucağından isә әn realist fikir çarpışmaları arasında
uzun illәr Parisdә yaşamışdı. Tәhsilini bitirib oradan
hәlә dә әsarәt, cәhalәt içәrisindә yuxuya dalmış islam
vә türk alәmini bacardığı şәkildә oyatmaq hәyәcanı ilә
Azәrbaycana dönmüşdü. Qarabağ camaatı atama şәrqin
272