Page 277 - book-online
P. 277
Àòàìûí äîñòëàðû

xәstәdir, apara bilmirsiniz. Bunu özünüz dә başa
düşürsünüz, hәr ehtimala qarşı, birdәn qaçar düşüncәsi
ilә buradasınız”. Komissar başını sinәsinә әydi, “Xanım,
mәn buyruq quluyam” – deyib susdu. Bu vәziyyәt gün-
lәrlә davam etdi. Sonda hökumәtin göndәrdiyi hәkim
xәstәnin yataqdan qalxmasına izn verәndәn sonra atamı
hәbs edib Bәkirağa bölüyünә apardılar.

Hәrbi mәhkәmәlәr quruldu. Hәbs olunan ittihad-
çıların mühakimәsi başlandı. Hәr kәs kimә hansı cәzanın
verilәcәyi ilә maraqlanırdı. Yalnız anam “Heç birinә
cәza vermәyәcәklәr, – deyirdi. – Onları ingilislәrә tәslim
edәcәklәr”. Bu fikrini hәbsxanada söylәyәndә atam
özündәn çıxdı. “Belә şey ömründә ola bilmәz! Bir dövlәt
öz tәbәәsini başqa dövlәtә, hәlә üstәlik dә düşmәnә
tәslim edә bilmәz” – deyә bağırdı. Lakin heyhat! Atam
aldanırdı, anam isә haqlı idi. Bir gün anam mәtbәxdә
Bәkirağa bölüyünә, atama aparmaq üçün yemәk hazır-
layırdı. Mәn küçә qapısının qabağında dayanmışdım.
Tibb mәktәbinin tәlәbәsi olan tanış bir gәncin tәlaşla
evimizә yaxınlaşdığını gördüm. Anamı soruşdu, mәtbәxdә
olduğunu dedim. Qaçaraq yanına getdi, “Xanım әfәndi,
aparırlar!” – deyә qışqırdı. Anam әslindә çoxdan tәxmin
etdiyi vә gözlәdiyi xәbәr qarşısında özünü itirmәdi. Tez
hamımızı bir yerә topladı. Əvvәlcә Bәkirağa bölüyünә
getdik. Amma mәhbusların Ərәbyan karvansarayına
aparıldıqlarını söylәdilәr. Dәrhal ora qaçdıq. Nәhayәt,
Qız qüllәsinin yaxınlığında rәngi tökülmüş köhnә yük
gәmisinin yanına sıra ilә düzülәn qayıqların arasına
keçdik. Gәmi tәxminәn әllimetrlik bir mәsafәdә dayan-
mışdı. Hәr tәrәfdәn silahlı ingilis әsgәrlәri ilә dolu
mühәrrikli qayıqlarla әhatә olunmuşdu.

277
   272   273   274   275   276   277   278   279   280   281   282