Page 281 - book-online
P. 281
Àòàìûí äîñòëàðû
“Malta, Poliversta, 28 fevral 1920-ci il
Əzizim Sitarә vә Humay!
Dünәn 4 fevral tarixli mәktubunuzu aldım. Tәәssüf
ki, mәktubları bizә gec vermәyә başlayıblar. Lakin,
Sitarәcan, elә ümid edirәm ki, artıq qovuşmaq dövrü
başlanır. İndi Londonda düşmәnlәrlә bizimkilәr arasında
müzakirәlәr davam edir. Bu dәfә müzakirәlәrin ciddi
zәmin üzәrindә aparıldığı vә onun ilk sәnәdlәrindәn
mәmlәkәtlә birlikdә bizim dә qurtaracağımıza ümidlәr
görünmәkdәdir. Anadolunun namuslu vә şәrәfli müca-
dilәsi öz nәticәlәrini vermәkdәdir vә mәn millәtimin
sayәsindә xilas olmağı başqalarının lütf vә inayәtiylә
qurtarmaqdan, әlbә ә, üstün tuturam. Bu xüsusa dair
burada aldığımız mövcud mәlumat mәsәlәnin sonunun
yaxınlaşdığına ümid verir. Topçubaşovun ünvanını
yazmısınız. Ona mәktub göndәrmәkdәn vaz keçdim.
Əbәs yerә minnәtdar olmaq istәmirәm. Hәr kәsi tanıdıq,
öyrәndik. Getsinlәr, zövq vә sәfalarını sürsünlәr1. Sürәy-
yanın ilk qazancından şirni yemәk, bilirsәnmi mәnә necә
lәzzәt elәdi! Hәmin şәkәri aldığım vaxt ömrümün әn
bәxtiyar dәqiqәsi idi. Övladlarımızın belә ciddi, mәtin
vә xeyirxah olmaları, әlbә ә ki, sәni dә mәmnun vә
bәxtiyar etmişdir. Allah hamısını istәklәrinә yetirsin...”
1 Təbii ki, məhbəs həyatı yaşayan və güclü psixoloji təzyiq altında olan Әhməd
Ağaoğlu özünün bu iddiasında haqlı deyildi. Hələ 1905-ci ildə “Həyat” qəzetinin
nəşri zamanı onunla qəzetin naşiri Ә.Topçubaşov arasında meydana çıxan fikir
ixtilafları, münasibətlərində soyuqluğa gətirib çıxarmışdı. Bu soyuq münasibət
sonrakı illərdə də daha çox Әhməd bəy tərəfindən davam etdirilmişdi. İstanbula
gəldikdən az sonra həbs edilməsi və nümayəndə heyətinin tərkibində Parisə gedə
bilməməsi də gərginliyi artıran səbəblərdən biri olmuşdu. Әhməd bəyə elə gəlirdi
ki, Ә.Topçubaşov nümayəndə heyətinin rəhbəri kimi onun həbsdən azad olunması
və Parisə getməsi üçün kifayət qədər səy göstərmir. 1920-ci illərin ortalarında
Ә.Topçubaşov Parisdən hər ikisinin ümumi dostu Әli bəy Hüseynzadəyə
göndərdiyi məktub vasitəsi ilə illər boyu davam edən soyuqluq və gərginliyi aradan
qaldırmaq istəsə də, buna müvəffəq ola bilməmişdi.
281