Page 284 - book-online
P. 284
ìÿä Àüàîüëó
“Malta, Polverista, 9 noyabr 1920-ci il
Əzizim Sitarә vә Humay!
Son mәktublarınızı aldım vә lap ürәyimdәn vuruldum.
Demәk ki, indi siz tam ac vә naәlac qalmısınız! Sizin bu
halınız gecә-gündüz mәni pәrişan edir, qovruluram,
dağlanıram. Ancaq nә edim? Elә bir fәlakәtә düşdüm ki,
әlacı Allahdan başqa kimsәnin әlindә deyil. Ancaq elә
fikirlәşmәyin ki, mәn özümü düşünürәm. Mәni düşün-
dürәn daim sizin halınızdır. İndi isә düşüncәdәn keçib,
yanıb-alovlanıram. Bu mәktubuma cavab alana, sizin
bir çarә tapdığınızı öyrәnәnә kimi mәndә can qalmayacaq!
Mәktubla bәrabәr daha iki mәktub göndәrirәm. Biri
....bәyә. Onun çox zülmkar, qәddar vә xain adam oldu-
ğunu söylәmәk üçün. İkinci mәktubum “Axşam” qәzetinin
sahibi Kazım Nami1 bәyәdir. Bu adam mәnim mәktәb
yoldaşımdır. Mәktubu alan kimi Kәrim bәyi çağırtdırın
vә ondan xahiş edin ki, Kazım bәylә görüşsün. Bizim
oradakı torpaq sahәlәrinin hamısını Əmniyyәt Bankında
girov qoysun. Onda beş-altı ay dolanmaq üçün pulunuz
olar. O vaxta qәdәr, bәlkә, Allah da bu işlәrә bir son
qoyar. Sitarәcan, rica edirәm, heç bir şeyә qızırğalanma.
Əlindә nә varsa, hamısını sat. Heç şübhәm yoxdur ki,
artıq bәzi şeylәri satmısan. Qalanlarını da satın. Nә
sәnin, nә dә uşaqların möhtac qalmağına dözә bilmәrәm...”
1 Kazım Nami Duru (1875-1967) – türk hərbçisi, maarif xadimi, İkinci Məşrutiyyət
dövründə Osmanlı İmperiyasının bir sıra əyalətlərində maarif müfəttişi kimi
çalışmışdı. Bu baxımdan Әhməd bəyin tələbə yoldaşı deyil, iş yoldaşı idi.
284